Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün "Qayıdış prosesində iştirak edən bütün tərəfdaşların və əhali qrupları arasında mina təhlükəsizliyi sahəsində maarifləndirmə" mövzusunda təlim təşkil edilib. Qayıdış prosesində iştirak edən bütün tərəfdaşların və əhali qrupları arasında mina təhlükəsizliyi sahəsində maarifləndirmə fəaliyyətlərin təşkilində effektivliyin təmin edilməsi ilə bağlı müvafiq təlimlərın təşkili məsələsinə həsr olunub. Təlimlərin keçirilməsində məqsəd komitə əməkdaşlarının müvafiq istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək, peşəkar vərdişləri inkişaf etdirməkdir. Sonda komitə əməkdaşlarının sualları cavablandırılıb . Xatırladaq ki, təlimlər 2 gün davam edib və hər birində 29 nəfər əməkdaşın iştirakı təmin edilib. Qeyd edək ki, silsilə şəklində cari ilin sonunadək icrası planlaşdırılan təlimlər Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması”, 3-cü prioritet istiqaməti çərçivəsində "Geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması" (3.1.5.) fəaliyyət istiqaməti üzrə həyata keçirilir.