Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün "Təqdimat bacarıqları" mövzusunda təlim təşkil edilib. Nəzəri və sual-cavab hissələrindən ibarət olan təlim Dövlət Komitəsi əməkdaşlarının təqdimat bacarıqlarının təkmilləşdirilməsi, təqdimatın əsas prinsipləri və xüsusiyyətləri ilə bağlı məsələlərə həsr olunub. Təlimlərin keçirilməsində məqsəd komitə əməkdaşlarının müvafiq istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək, peşəkar vərdişləri inkişaf etdirməkdir. Sonda komitə əməkdaşlarının sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb. Xatirladaq ki, təlimdə 30 nəfərin iştirakı təmin edilib. Qeyd edək ki, silsilə şəklində cari ilin sonunadək icrası planlaşdırılan təlimlər Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması”, 3-cü prioritet istiqaməti çərçivəsində "Geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması" (3.1.5.) fəaliyyət istiqaməti üzrə həyata keçirilir.