"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1428
Dövlət Komitəsinin sədr müavini böyük britaniyalı jurnalistə müsahibə verib
Mətbuat xidmətinin məlumatı 04 Sentyabr, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Böyük Britaniyanın Ekspres Qəzetində Xəbərlər Departamentinin sabiq rəhbəri, bir sıra nüfuzlu mətbu orqanlarla əməkdaşlıq etmiş müstəqil jurnalist Paul Baldvinə müsahibə verib.

Müsahibə zamanı sədr müavini əvvəlcə Komitənin yaranma tarixi, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik dövr, çadır şəhərcikləri və onların aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə başçısı tərəfindən davam etdirilən siyasət nəticəsində məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində Dövlətimizin əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən məcburi köçkünlərə dəstək göstərilməsi, onların həyat səviyyəsinin mümkün çərçivədə artırılması, çadır şəhərciklərinin ləğv edilməsi istiqamətində xeyli işlər görülüb. O cümlədən, Birinci vitse prezident Mehriban xanım Əliyeva həssas kateqoriyaya aid olan bu qrup insanlara xüsusi həssaslıqla yanaşır, onların problemlərini daim diqqətdə saxlayır.

Daha sonra əcnəbi jurnalistə 44 günlük vətən müharibəsindən, işğaldan azad edilmiş ərazilərdə post müharibə dövründə aparılan tikinti, bərpa-quruculuq işlərindən danışılıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, könüllü, ləyaqətli və təhlükəsiz qayıdışın təşkili istiqamətində mühüm işlər davam etdirildiyi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən birinin qayıdış və məskunlaşma olduğu qeyd edilib.   

F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlər arasında sorğuların aparıldığını, əhalinin mütləq əksəriyyətinin Böyük qayıdışa hazır olduğunu, o cümlədən işğaldan azad edilmiş ərazilərə  8000-dək insan artıq köçürülüb və daimi məskunlaşdırılıb.

Daha sonra Böyük qayıdış prosesində ən böyük maneənin mina və partlamamış hərbi sursatların olduğu, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina və partlamamış hərbi sursatlar yerləşdirildiyi, bugünədək 350-dən çox mina qurbanının olduğu və PHS-lərin köç prosesini ləngitdiyi vurğulanıb.

Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistin çoxsaylı sualları cavablandırılıb.

 

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub