"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1182
Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası işə başlamışdır
Mətbuat xidmətinin məlumatı 02 Oktyabr, 2012
Oktyabrın 1-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası öz işinə başlamışdır. Oktyabrın 5-dək davam edəcək sessiyada üzv dövlətlərin, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələri, BMT agentliklərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak edirlər. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışmış, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış etmişdir. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov çıxış edərək sessiya iştirakçılarını salamlamış, bu il Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinə üzv seçilməsində ölkəmizə dəstək göstərmiş bütün dövlətlərə və Ali Komissar A.Quterreşə dərin və məzmunlu çıxışına görə təşəkkür edərək demişdir: Hörmətli cənab Sədr, xanımlar və cənablar! Mən nitqimi ilk öncə bu il Azərbaycanın BMTQAK-ın İcraiyyə Komitəsinə üzv seçilməsində ölkəmizə dəstək göstərmiş bütün dövlətlərə və Ali Komissar cənab Quterreşə qiymətli və analitik çıxışa görə təşəkkür etməklə başlamaq istərdim. Azərbaycan Hökuməti BMT QAK-la əməkdaşlığa həmişə yüksək qiymət vermiş və təşkilatın istər ölkəmizdə, istərsə də beynəlxalq səviyyədə fəaliyyətini daim dəstəkləmişdir. Təəssüf ki, son iki il BMT QAK-ın fəaliyyəti üçün gözlənilməz humanitar böhranlarla zəngin olmuşdur. Bir sıra Afrika və ərəb ölkələrində baş vermiş kütləvi köçmə halları BMT QAK-ın üzərinə uzun müddət ərzində məcburi köçkün düşmüş insanlarla yanaşı, yeni qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olmaq vəzifəsi də qoymuşdur. Biz BMT QAK-ın yeni böhran vəziyyətlərinə vaxtında cavab vermək qabiliyyətini alqışlayırıq və ölkəmizdə irimiqyaslı məcburi köçkün probleminin olmasına baxmayaraq, dünyanın müxtəlif yerlərində baş verən humanitar böhranların aradan qaldırılmasına dəstək verməyə davam edirik. Uzun müddət davam edən məcburi köçkündüşmə problemindən əziyyət çəkən ölkələrdən birinin də Azərbaycan olduğunu vurğulayan Ə.Həsənov bildirmişdir ki, respublikamız müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın yürütdüyü xarici işğal və etnik təmizləmə siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğalı və 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdir. İyirmi ildən çox keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına və evlərinə qayıdışı məsələsi hələ də həll olunmamışdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağıdılmışdır. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfər zamanı hər şeyin dağıdıldığını və həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrilmişdir. Bütün infrastruktur darmadağın edilmiş, qəbiristanlıqlar, məscidlər yerlə yeksan olunmuş, toponimlər dəyişdirilmişdir. Həmin ərazilərdə bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir. Azərbaycan hökumətinin ölkədə qaçqın və məcburi köçkün problemi yarandığı gündən öz üzərinə düşən vəzifələri yerinə yetirdiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir: Hökumətimiz tərəfindən BMT QAK da daxil olmaqla, bir sıra beynəlxalq donorların köməyi ilə qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün xeyli tədbirlər görülmüşdür. Ölkədə mövcud olan 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ildə ləğv edilmiş, Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktura malik 71 müasir qəsəbə salınmış, 23 min ailənin - 120 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ermənistandan qovulmuş 250 min və Orta Asiyadan olan 50 min qaçqına Azərbaycan vətəndaşlığı verilmişdir. Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur ki, bunun da 900 milyonu beynəlxalq humanitar təşkilatların payına düşür. Görülən tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun həddi 74 faizdən 18 faizə enmişdir. Cənab Quterreş Azərbaycana səfər edərək görülmüş işlərin və əldə olunmuş nailiyyətlərin şəxsən şahidi olmuşdur. Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan Hökumətinə heç də asan başa gəlmədiyini və problemin tam həll olunmadığını deyən Ə.Həsənov vurğulamışdır ki, 400 min məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. Bir milyon qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarının zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və bir sıra beynəlxalq təşkilatların sənədlərində vurğulanmışdır və beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа vacibdir. Düşünmək olmaz ki, uzun müddət ərzində məcburi köçkün düşmüş insanları yaşayış yeri ilə təmin etməklə, onların sosial problemlərini həll etməklə bu problem vaxt keçdikcə öz-özünə keçib gedəcəkdir. Xatırlatmaq istərdim ki, uzunmüddətli məcburi köçkündüşmə hallarına beynəlxalq ictimaiyyətin biganəliyi beynəlxalq sülh və təhlükəsizlik üçün əsl təhdiddir. Bunu nəzərə alaraq, biz beynəlxalq birliyi məsələyə hərtərəfli ədalətli mövqe nümayiş etdirməyə, yalnız humanitar xarakterli fəaliyyətlə kifayətlənməyərək, problemi doğuran səbəblərin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa səsləyirik. Bu, BMT QAK daxil olmaqla, məsələ ilə məşğul olan beynəlxalq təşkilatların humanitar yükünü də azaltmış olar. Azərbaycan Hökuməti BMT QAK və digər beynəlxalq təşkilatlarla birgə məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün “Böyük qayıdış” proqramı hazırlayır və məcburi köçkünlərin öz evlərinə könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması üçün əlindən gələni etməyə hazırdır. Baş nazirin müavini demişdir: Azərbaycan BMT QAK-ın mandatına və fəaliyyətinə möhkəm inanır və biz mövcud qanunvericiliyimizin ən yüksək beynəlxalq standartlara cavab verəcək şəkildə ahəngdarlığı üçün qətiyyətlə çalışırıq. Bu baxımdan, hazırda yeni miqrasiya məcəlləsi üzərində iş yekunlaşmaqdаdır. Keçən ilin dekabrında Nazirlər Konfransı zamanı edilmiş vədlərə tam sadiqik və bu məsələlərdə beynəlxalq tələblərə riayət olunması üçün BMT QAK-la yaxından əməkdaşlığımız davam etməkdədir. Sonda təəssüflə bildirməliyəm ki, BMT QAK-ın araşdırmalarına əsasən son illərdə dünyada baş verən münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın və xüsusilə də, məcburi köçkün problemi daha da böyümüşdür. Dünyada məcburi köçkün probleminin geniş miqyasını nəzərə alaraq, mən bir daha beynəlxalq birliyə, o cümlədən BMT QAK-a müraciət edərək, məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquqda mövcud olan boşluğun tezliklə aradan qaldırılmasına, müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasına çağırıram. Bu, həm də məcburi köçkünlərin problemlərinin həllində bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsi baxımından çox mühüm bir addım olardı. Sessiya öz işini davam etdirir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb