"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 4486
Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı film beynəlxalq mükafata layiq görülüb
Mətbuat xidmətinin məlumatı 19 Dekabr, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.

 

Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir.

 

Təqdimat mərasimində Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov və komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.

 

Nəsimi Nərimanov bildirib ki, filmin xarici ölkələrdə nümayişi qaçqın və məcburi köçkünlərin səsini dünyaya çatdırmaq, işğal dövründə Azərbaycan ərazilərində Ermənistanın törətdiyi urbisid və ekosidi göstərməkdir.

 

Cəbrayıl rayonunun işğal altında olduğu 30 ilə yaxın müddətdə ermənilərin azərbaycanlı əhalinin yaşayış yerlərini, buradakı fərdi evləri və inzibati binaları necə xarabalığa çevirmələri, ətraf mühitə və ekologiyaya sağalmaz yaralar vurmaları filmdə öz əksini tapıb.

 

Qeyd olunub ki, film məcburi köçkünlər tərəfindən hazırlanıb. Rejissor, Ağdam rayonundan məcburi köçkün Nicat Cəlilovdur. Onun həm özü, həm də atası Kərim Cəlilov Qarabağ müharibəsinin iştirakçısıdır. Filmin çəkiliş heyətinin digər üzvləri - İsa İsmayılov Laçın, Əsgər Xudiyev Cəbrayıl, Fuad Cəfərov Ağdam rayonundan məcburi köçkünlərdir.

 

Filmin qəhrəmanı Ceyhun Qarabağlının babası Cavanşir Qarabağlı İkinci Dünya müharibəsində iştirak edib, müharibə başa çatdıqdan sonra Azərbaycana qayıda bilməyib, Türkiyədə, Misirdə, İtaliyada, Amerikada qəriblik həyatı yaşayıb. Amma doğma yurdu heç vaxt unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə ötürüb. Babasının uşaqlıq və gənclik illərini keçirdiyi Süleymanlı kəndini görmək Ceyhunun arzusu olub və torpaqlarımızın işğaldan azad edilməsi ona bu arzunu gerçəkləşdirmək imkanı verib.

 

Filmdə amerikalı gənc öz nəslinə, milli mənşəyinə bağlılığını çox təsirli şəkildə ifadə edir. Onun baba yurdunda keçirdiyi hisslər, səfər təəssüratları həm vətənpərvərlik hekayəsi, həm də torpaqları viran qoyan işğala etiraz nümunəsi kimi təqdim olunur.  

 

Filmin 10-cu Beynəlxalq Ege Art qısa film festivalında nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. “Bura mənim evimdir” festivalın münsiflər heyəti tərəfindən “Vəfa” mükafatına layiq görülüb.

 

20 noyabr 2023-cü ildə Bakı şəhərində Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlərin iştirakı ilə təqdimatı keçirilən filmin bütün dünyada nümayiş etdirilməsi nəzərdə tutulub.

 

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalına 117 ölkədən 3076 qısa film təqdim edilib.

 

 

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub