"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2007
Daha 95 nəfər Ağalıya köçürüldü
Mətbuat xidmətinin məlumatı 26 Oktyabr, 2023

Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə  dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

 

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

 

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

 

Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 150 ailə, 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə dair təlim keçirilib
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Tanınmış yazarların Laçın rayonuna infoturu təşkil edilib
27 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Ağalı kəndində həyat canlanır
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinət barədə videoçarx hazırlanıb
24 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib
23 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa növbəti köç karvanı yola salındı
22 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın şəhərinə çatdı
22 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
22 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın şəhərinə növbəti köç karvanı yola salındı
21 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna infotur təşkil edilib
20 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib
20 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa növbəti köç karvanı yola salındı
16 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib
16 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Zabuxa növbəti köç karvanı yola salındı
15 Noyabr, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT-nin İnsan Hüquqları Şurasının İşçi Qrupunun sessiyasında çıxış edib