"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 998
Mətbuat xidmətinin açıqlaması
Mətbuat xidmətinin məlumatı 07 İyun, 2023

Son günlər bəzi internet media resursları məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün müəyyənləşdirilmiş vahid aylıq müavinətin və kommunal xidmətlərin haqqının maliyyələşdirilməsi məqsədilə 2020-2022-ci illərdə dövlət büdcəsindən Dövlət Komitəsinə ayrılmış vəsaitdən düzgün istifadə edilmədiyi, yəni büdcə xərclərinə ümumilikdə, 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaradıldığı barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadla məlumat yayıblar.

 

Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsində bu il Hesablama Palatası tərəfindən aparılan və 2020-2022-ci illəri əhatə edən audit nəticəsində büdcə vəsaitindən düzgün istifadə edilməməsi ilə bağlı müəyyənləşən hallar, əsasən, məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə bağlıdır.

 

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir. Audit həmin Qayda  ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığını, müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmadığını müəyyənləşdirib.

 

Audit rəyində istifadəsi düzgün sayılmayan məbləğin əsas hissəsini, yəni 70,6 faizini (14,2 mln manat) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, 22,4 faizini (4,5 mln manatı) isə dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri dövrdə  məcburi köçkünlük statusuna malik şəxslərə ödənilmiş vahid aylıq müavinət təşkil edir.

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman vahid aylıq müavinət almış məcburi köçkünlərin 49,4 faizi (7338 nəfər) 2020-2022-ci illərdə müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini dayandırıb, dövlət qulluğunun xüsusi növündə xidmət edən və həmin dövrdə müavinət alan məcburi köçkünlərin isə, ilkin məlumatlar əsasında, 53,6 faizinin (1579 nəfər) 2020-2022-ci illərdə müvafiq vaxtlarda dövlət qulluğunun xüsusi növündə xidməti fəaliyyətinə xitam verilib. Hər iki hal, mövcud qaydalara uyğun olaraq, cari dövrdə həmin şəxslərin vahid aylıq müavinət almaq hüququnun bərpa edilməsi ilə nəticələnib.

 

Məlumat üçün bildiririk ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ödənişinin operativliyini təmin etmək və bu sahədə idarəetməninin  optimallaşdırılması məqsədilə 2022-ci ildə “Elektron hökumət” portalında müvafiq informasiya sistemi yaradılıb.

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kimi məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsi, bu sahədə fəaliyyətin optimalaşdırılması, effektivliyinin artırılması komitənin əsas vəzifələrindəndir və  vahid aylıq müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınması barədə auditin tövsiyələri bundan sonra da yerinə yetiriləcəkdir.

04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb