"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 854
Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
Mətbuat xidmətinin məlumatı 18 May, 2023

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət göstərən səfirlikləri təmsil edən xarici diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

 

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb. Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.

 

Bildirilib ki, hazırda dövlətin qarşısında məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə dayanır. Bu da, 2020-ci ildə baş vermiş Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra mümkün olub. Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. İşğal dövründə Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalaması məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir. Beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.

 

Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsinin dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb. Soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Yaşayış yerləri bərpa olunan zaman “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Artıq 420 məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, növbəti aylarda da məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi davam edəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonağı maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

14 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb
14 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb
14 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
14 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
13 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb
13 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb
09 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub
08 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurd, adın adımdır! Qürurum, fərəhim, varlığımsan!
31 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
31 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
30 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Vəngli kəndinə çatıb
30 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
30 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni fləşmob: uşaqların Qayıdış sevinci...
29 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
29 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
29 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
29 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
28 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə çatıb
28 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Sos kəndinə çatıb
28 Oktyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb