XƏBƏRLƏR
Çap et
2741
Qurban bayramı ərəfəsində azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə RF FHN-in humanitar yardımı çatdırılmışdır
Mətbuat xidmətinin məlumatı
13 Dekabr, 2008
Baş nazirin müavini, respublika Beynəlxalq Humanitar Yardım Komissiyasının sədri cənab Əli Həsənov BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində Bakıya qaçqınlar və məcburi köçkünlər üçün humanitar yardım gətirmiş Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Nikolay Zelenyuk və Dmitri Qolubkovla, habelə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Trofimovla görüşmüşdür.
Cənab Əli Həsənov Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin vəfatı ilə əlaqədar onlara başsağlığı vermişdir. O, BMT-nin Ümumdünya Ərzaq Proqramı barədə qısa məlumat verərək bildirmişdir ki, bu proqram üzrə ölkəmizdə 1993-2008-ci illərdə qaçqınlara və məcburi köçkünlərə 115 milyon ABŞ dollarından artıq məbləğdə yardım göstərilmişdir. O qeyd etmişdir ki, Rusiya FHN-in də Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərməsi ilk dəfə deyildir. Məsələn, 2007-ci ilin dekabr ayında nazirlik ölkəmizə 2 milyon ABŞ dolları həcmində humanitar yardım göndərmişdi. 2008-ci ilin yanvar ayında da qaçqınlara və məcburi köçkünlərə yardım göstərilmişdi. O vaxt humanitar yükü müşayiət edən N.Zelenyuk BMT-nin Ümumdünya Ərzaq Proqramının Bakı nümayəndəliyinin rəhbəri Linn-Coys Miller ilə birlikdə Mingəçevirdə və Bərdədə qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərə baş çəkmişdi.
Cənab Ə.Həsənov vurğulamışdır ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı ölkəmizdə işini başa çatdırandan, artıq yarım ildir ki, bu təşkilatın Bakıdakı ofisi bağlandıqdan sonra bu yardım xüsusi əhəmiyyət kəsb edir. Rusiya FHN-in yarım milyon ABŞ dolları həcmində məqsədyönlü humanitar yardımı Qurban bayramı ərəfəsində Ağdam, Füzuli və Biləsuvar rayonlarında məskunlaşmış məcburi köçkünlərə paylanmışdır.
Nikolay Zelenyuk bildirmişdir ki, azərbaycanlı qaçqın-köçkünlərə humanitar yardım Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin “Azərbaycan Respublikasının əhalisinə humanitar yardımın maliyyələşdirilməsi üçün əlavə məqsədli ödəniş haqqında” 2008-ci il 12 iyun tarixli Sərəncamına əsasən ayrılmışdır.
Dekabrın 11-də qonaqlar Biləsuvar rayonuna gedəcək və humanitar yardımın necə bölüşdürülməsi ilə yerində tanış olacaqlar.
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
16 Xocavənd ailəsinin yurd həsrəti sona çatır
29 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində 2026-cı ilin III rübünün yekunlarına dair iclas keçirilib
28 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
İşğaldan azad edilmiş ərazilərin dəyişən mənzərəsi - 2024
27 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Xankəndi şəhərinə və qəsəbəsinə, Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
17 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
16 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!"
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı
Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır









