"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1308
Dövlət qulluqçuları və diplomatlara məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib
Mətbuat xidmətinin məlumatı 06 Noyabr, 2021

ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən “Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə” onlayn formatda  kurs təşkil edilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov kursda iştirak edən Avropa, Asiya, Şimali və Cənubi Amerika, Afrikadan olan 30-dan çox  dövlət qulluqçusu, orta və yüksək rütbəli diplomat və beyin mərkəzlərinin mütəxəssisləri üçün “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

 

Dövlət Komitəsinin sədr müavini Ermənistanın Azərbaycana qarşı deportasiya və işğalçılıq siyasəti, bunun nəticəsində yurd-yuvasını tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlər haqqında məlumat verib. Bildirilib ki, tarixi yurd yerlərini tərk etməyə məcbur olmuş 1 milyondan çox insan respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Köçkünlüyün ilk illərində onlar yeraltı qazmalar, çadır düşərgələri, zirzəmi, yataqxana və digər bu kimi obyektlərdə çətin şəraitdə yaşamağa məcbur olub. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilərək davam edir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə daim diqqət və qayğı göstərib.

 

Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın işğal altında saxlanılan ərazilər tam dağıdılıb, tarixi, mədəni abidələr, qəbirstanlıqları məhv edib. Vətən müharibəsi nəticəsində qazanılmış qələbə nəticəsində məcburi köçkünlər ata-baba yurdlarına qayıtmaq imkanı qazanıb.  Dövlət tərəfindən rabitə və kommunikasiya xətləri qurulur, kommunal xidmətlərdən istifadənin əlçatanlılığı təmin edilir. Ərazilərin minalardan təmizlənməsi həyata keçirilən tədbirlər arasında prioritet təşkil edir. Ermənistan tərəfindən təxminən 30 illik işğalı dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geniş miqyaslı dağıntılara məruz qalması və bu ərazilərin məqsədyönlü şəkildə minalanması yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.

 

Dövlət tərəfindən “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyası əsasında məcburi köçkünlərin rahat, müasir standartlara cavab verən mənzillərə köçürülməsi üçün iş görülür. İnsanların təhlükəsiz yaşayışı təmin ediləcək, əvvəllər işğal altında olmuş ərazilər ən abad guşələrə çevriləcək.     

 

Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub