"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1055
Dövlət Komitəsinin sədr müavini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında çıxış edib
Mətbuat xidmətinin məlumatı 06 Oktyabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edib.

 

Sessiya iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox insan haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir, onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərir.

 

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq Azəraycan ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı siyasi və coğrafi ad mövcud deyil. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Ölkəmizin iqtisadi inkişafına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. 

 

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

 

Bildirilib ki, Azərbaycan dövləti post münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan tərəfi miqrasiya və qaçqın problemləri ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəlikləri ədalətli və konstruktiv  əməkdaşlıq ruhunda yerinə yetirmək üçün ciddi səylər göstərir, BMTQAK-la və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz  və ləyaqətli şəkildə geri qayıtması prosesini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq BMTQAK-ın dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirməyi planlaşdırır.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri də iştirak edib.

14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb