"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1341
Tuneldə qətliamı - Kəlbəcər
Mətbuat xidmətinin məlumatı 07 May, 2021
I HİSSƏ
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyənləşdirilərək milli və beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti davam etdirir. Araşdırılması vacib olan belə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 30-da baş verib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları güllə-barana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən Avo ləqəbli Monte Melkonyan başçılıq edib. “Youtube”da bəzi erməni kanallarında bu faktı təsdiq edən videolara rast gəlmək olar.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda ən uzun məsafəsi olan sözügedən tunel Tərtər – Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən və işıqlandırılmayan tunelin uzunluğu 2 kilometrə yaxındır.

 

Hadisənin şahidlərinin bəziləri indi həyatdadırlar. Onlardan biri – əslən Laçından olan Yeganə Əliyeva 28 il əvvəl erməni faşistlərinin törətdiyi hadisə haqqında danışarkən deyib:

 

- 1992-ci ilin mayında Şuşanın iş­ğalından sonra ermənilərin Laçına doğru irəlilədiklərini eşidib, biz də ailəliklə Kəlbəcər rayonunun Qalaboyun kəndinə qohumlarımızın yanına köçdük və 1993-cü ilin mart ayına qədər orada yaşadıq. Ermənilərin Kəlbəcər ərazisinə daxil olması xəbəri gələndə kənddən çıxmağı qərara aldıq. Martın 29-da biz – atam, anam, mən, 11 və 12 yaşlı iki qardaşım qohumlarımızın maşını ilə rayon mərkəzinə yola düşdük. Mənim 16 yaşım vardı. O biri qardaşlarım hərbçi idi və həmin vaxt Kəlbəcərdə döyüşürdülər. Gecə Kəlbəcərdə qaldıq. Martın 30-da səhər saat 6-7 radələrində rayonu tərk etmək üçün qohum-əqraba ilə birlikdə iri yük maşınına mindik. 52 nəfər idik, əksəriyyəti də qadın və uşaqlardı. Hava dəhşətli soyuq idi, qar hələ tam əriməmişdi. Saat 8-9 radələrində tuneldən keçib, işıqlıq əraziyə çıxanda ermənilərin dinc azərbaycanlıları vəhşicəsinə öldürdüklərini gördük. İnsanların qışqırığı, ağlaşma səsləri qulaq batırırdı. Bu dəhşətli görüntüdən qorxu və çaşqınlıq içərisində olduğumuz anda erməni hərbçiləri bizim də maşını atəşə tutdular. Onu da qeyd edim ki, tunelin girişində maşınımıza 7-8 nəfər azərbaycanlı hərbçi minmiş, cəbhəyə yaxın ərazidə düşüb döyüşə girəcəklərini bildirmişdilər. Onlar ermənilərə cavab atəşi açdılar. Bundan sonra ermənilər daha da azğınlaşdılar. Əsil faşist xisləti göstərərək, uşağa, qadına fərq qoymadan şiddətli atəş açırdılar. Maşınımızın kabinəsini isə qumbaratanla vurdular. Qətliamı bundan sonra daha qəddarlıqla davam etdirdilər. Maşının yük yerinə qalxıb, hamını gülləyə tuturdular. Mənə kömək etmək istəyən anamı da güllələdilər. Mən özüm 8 ağır güllə yarası almışdım. Ermənilər yaralı qardaşlarımı maşından yerə atdılar. Sonra bizim əşyalarımızı axtarmağa başladılar. Faşist dəstəsinin başçılarından biri qadın idi (sonralar öyrəndim ki, adı Jammadır). O, mənim saçımdan tutub yerə tulladı. Maşındakı yaralılara atəş açırdılar. Sonra isə maşını yandırdılar. Yük yerində qalan yaralıların dəhşət dolu gələn səsləri qulağımdan getmir. Hətta yerdəki adamları da yanan maşının üstünə atırdılar. Yara­lıların az bir qismi yolun qırağında idi. Qardaşım məni çağırıb, yaxın gəlmək istədi, bu vaxt ermənilər ona atəş açdılar. Sonra isə Tural adlı qardaşımı yaralı vəziyyətdə maşının alovlanmış təkərinin üstünə atdılar. Tankı bizim üstümüzdən keçirmək də istədilər. Amma yenidən başladılar yol kənarındakı yaralıları odun üstünə atmağa... Atam, anam, qardaşım gözümün qabağındayanırdılar. Dəhşət içərisindəydik.

 

İki saatdan sonra bir maşın gəldi. Bizi onun yük yerində üstü-üstə qalaqlayıb, apardılar. Yol boyu baxırdılar, kimin vəziyyəti ağır idisə və ya ölmüşdüsə, meşəyə atırdılar. Mənim üstümdə yaralı bir oğlan vardı, qanı üstümə axırdı. Yol­da baxdılar ki, ölüb, onu da meşəyə atdılar.

 

Bizi gətirib, uçuq-sökük bir tikilinin içərisinə yığdılar. Orda da baxıb, yüngül-ağır yaralıları seçirdilər. Yadımdadır, azyaşlı bir qız uşağı sinəsindən yaralı idi. Ona heç baxmadan zibil qabına atdılar. Səma adlı bir qadın vardı, hamilə idi. Onu apardılar bətnindəki uşağı götürdülər, özü ağır vəziyyətdə idi. Bir müddət keçəndən sonra Qırmızı Xaç Cəmiyyəti gəldi. Amma ermənilər bizi onlardan gizlətmək istəyirdilər, vermək istəmirdilər. Qırmızı Xaçın əməkdaşları bizi gördükdə dedilər ki, bu insanlara ən azı tibbi yardım göstərmək lazımdır.

 

Bir gün orda qaldıqdan sonra, bizi yük maşınına yığıb hərbi hospitala gətirdilər. Orada ağrıdan huşumu itirdim. Qırmızı Xaçın həkimləri məni əməliyyat etmişdilər. Səhər gözümü açanda gördüm ki, çadırda yerləşən hərbi hospitaldayam, ətrafdakıların hamısı yaralı ermənilər və rus həkimlərdir... Təxminən, bir aya yaxın da bizi orda saxladılar. 

 

Bizim dildə danışa bilən yaralı erməni vardı, ona dedim ki, gözümün üstünə düşüb, görməyimə mane olan qanı təmizləsin. Bunu eşidən kimi, başımdan tutub yerə çırpdı.

 

Orada mənə hərbi paltarda olan bir nəfəri göstərib dedilər ki, o da azərbaycanlıdır, Ağdamda əsir götürülüb. Həmin şəxslə danışanda məlum oldu ki, adı Arzudur, Şəmkir rayonundandır, iki aya yaxındır əsir düşüb, ayağından, qolundan və ciyərindən güllə yarası alıb.

 

Aclıq və susuzluq bizi taqətdən salmışdı. Su istəyəndə üzümüzə tüpürürdülər. Zibilli suyu üstümüzə tökürdülər.

 

Bir dəfə ermənilər uzaqlaşanda Arzu mənə bir tikə çörək verdi. Heç demə, ermənilərdən biri bunu görürmüş... Dərhal gəlib ağzımdan çörəyi çıxardı və məni vurdu ki, yeməyim.

 

Uzun müddət işgəncələrə məruz qaldıq. Bir gün Arzu dedi ki, bir erməni hərbçi var, bizi aparıb dəyişdirəcək. Gecənin birində bizi Xankəndi yaxınlığındakı Ballıca kəndinə gətirdilər. Erməni hərbçi dedi ki, türklər bizim çoxlu hərbçimizi əsir götürüblər. Sizi onlara dəyişmək istəyirəm. Bizi kənddə bir evdə yerləşdirib, özü döyüşə getdi. Orada da ermənilər yığışıb bizi təhqir edib, işgəncə verirdilər. Sonra başqa bir erməninin əlinə düşdük. İl yarım orda cəhənnəm əzabı yaşadıq.

 

Bizi girov saxlayan erməniyə bir dəfə qardaşım Müşfiq barədə məlumat almaq istədiyimi dedim. İki gündən sonra qardaşımı Xankəndidə tapdı və məni görüşdürdü. Qardaşım qətliam zamanı beş güllə yarası almış, İrəvanda ayağı narkozsuz əməliyyat edilmişdi. Xankəndidə onu və çoxsaylı azərbaycanlı əsirləri dözülməz vəziyyətdə saxlayırdılar...

 

Qırmızı Xaç bizə məktub yaza biləcəyimizi deyirdi. Amma ermənilər imkan vermirdilər. Bir müddətdən sonra mənə icazə verdilər məktub yazmağa, amma Arzuya imkan vermədilər, çünki o hərbçi idi və istəmirdilər ki, onun adı əsirlərin siyahısına düşsün. Arzunun yazdığı məktubları cırıb atırdılar. Bir gün Arzuya dedim ki, gəl, məktublarımızı dəyişək və sənin məktubun getsin çatsın. Belə də etdik və o məktubu göndərə bildi. Ən azından bizimkilər bildilər ki, o burda əsirdir, ölməyib.

 

Bizi girov saxlayan erməni bir gün mənə dedi ki, sənin buradan əsir kimi çıxmağın mümkün deyil, sənə erməni pasportu düzəldib, İrəvana aparacağam. Belə də etdi... İrəvandan Rostova uçduq. Mənə yol boyu tapşırdı ki, heç kimlə danışmayım. Əgər danışsaydım, əsirlikdəki qardaşımın və Arzunun başını kəsəcəkdi. Rostovda azərbaycanlılar çox idi, amma mən qorxumdan danışa bilmədim. Qırmızı Xaç Cəmiyyəti vasitəsilə məni erməninin dediyi hərbçi ilə Rostovda dəyişdilər. Məndən altı ay sonra Arzunu Qırmızı Xaç əsirlikdən azad etdi. Bundan səkkiz ay sonra isə qardaşım əsirlikdən xilas oldu. Orda Arzu ilə mənə deyirdilər ailə qurub, erməni vətəndaşlığını qəbul edin. Sizə burda ev də veriləcək, hər bir şərait yaradılacaq. Arzu deyirdi, məni öldürün, ölümə razıyam, amma düşmən torpağında yaşaya bilmərəm. Bizə hətta deyirdilər ki, evlənin, erməni və rus mətbuatına müsahibə verin ki, biz xoşbəxtik və erməni vətəndaşlığını qəbul edirik. Biz bu təklifi qətiyyən qəbul etmədik, bütün əzablara qatlaşdıq... Əsirlikdən qayıtdıqdan sonra Arzu ilə ailə həyatı qurduq. Öz vətənimizdə xoşbəxtik. Amma erməni faşistlərinin bizə etdikləri zülm və işgəncələri heç vaxt unuda bilmərik...

 

...Yeganə xanım danışdıqca həyəcanlanır, bəzən hönkürüb ağlayırdı. Ermənilərin törətdiyi soyqırımı cinayətinin canlı şahidi bu gün ordumuzun qazandığı qələbəyə görə hədsiz sevinc hissi keçirir. Lakin ən ümdə istəyi budur ki, dinc azərbaycanlıları milli mənsubiyyətinə görə qətlə yetirən, dəhşətli işgəncələrə məruz qoyan erməni faşistləri müharibə caniləri kimi haqq-ədalət divanı qarşısında cabab versinlər.

 

Orxan ASLAN
"Vətən səsi", 30 aprel 2021, N16

 

P.S. Tuneldəki qətliam zamanı yaralı halda özünü qayadan ataraq, sağ qalan və ətraf kəndlərin erməni təcavüzündən qaçan sakinlərini qarşıdakı təhlükədən xəbərdar edərək, onları ölümdən qurtaran, o vaxt 14 yaşlı yeniyetmə olan kəlbəcərli Ramil Hüseynovun söhbətini qəzetimizin növbəti nömrəsində oxuya biləcəksiniz.  

13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb