"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 541
Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
Görüşlər 13 May, 2019

Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Georgiyevlə görüşüb.

 

Dövlət Komitəsinin sədri qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində yaranmış humanitar problemlər barədə Vladimir Georgiyevə ətraflı məlumat verilib. Bildirilib ki, münaqişə 1 milyon 200 mindən çox qaçın və məcburi köçkünün doğma yurd-yuvasını tərk etməsinə səbəb olub və ölkəmiz ciddi sınaqlarla üzləşməli olub. Bununla belə, Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətininin prioritetlərindəndir.

 

Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri vardır.

 

Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə BMqT-nin icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib. BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev səmimi qəbula görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

19 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
15 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
12 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
08 May, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
05 May, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
01 May, 2020 / Görüşlər Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
28 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində növbəti dəfə videoqəbul keçirilib
24 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
21 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
17 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
14 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
10 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
07 Aprel, 2020 / Görüşlər Dövlət Komitəsində videoqəbullar davam etdirilir
01 Aprel, 2020 / Görüşlər “Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
31 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
19 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
17 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib
12 Mart, 2020 / Görüşlər Dövlət Komitəsinin sədri və müavinləri bölgələrdə məcburi köçkünləri qəbul edib
10 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2020 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib