"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 901
Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
Görüşlər 29 Aprel, 2025

Aprelin 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Komitə sədri Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat, təhlükəsiz yaşayışının təmin edilməsi üçün verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini diqqət mərkəzində saxladığı və onun tapşırığı ilə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa qrafikinə uyğun yenidən qurulan yaşayış məntəqələrinə ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli formada köçürülür. Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. 

 

 

13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
23 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Dekabr, 2025 / Görüşlər İmişlidə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
09 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Noyabr, 2025 / Görüşlər Biləsuvarda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
07 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş görüş keçirilib
04 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb
27 Oktyabr, 2025 / Görüşlər Kürdəmirdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Oktyabr, 2025 / Görüşlər PA nümayəndəsi Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
08 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
07 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2025 / Görüşlər Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
09 Sentyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib