"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1625
Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru məcburi köçkünlərlə görüşüb
Görüşlər 03 May, 2019

Azərbaycanda səfərdə olan Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilakın başçılıq etdiyi nümayəndə heyəti Bakı şəhərinin Yasamal rayonunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş soydaşlarımızın vəziyyəti haqqında məlumat verib. Qeyd edilib ki, onların əksəriyyəti paytaxda və bölgələrdə müxtəlif təyinatlı bina və tikililərdə məskunlaşmağa, çətin şəraitdə yaşamağa məcbur olub. Bu kateqoriyadan olan şəxslərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə bağlı işlərin sürətləndirilməsində mühüm xidmətləri vardır və bu məsələni nəzarətdə saxlayır.

 

Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkün Xatirə Adıgözəlövanın məskunlaşdığı otaqda olub və ailə üzvləri ilə söhbət ediblər. Xatirə xanım doğma yurdu necə tərk etmək məcburiyyətində qaldıqları, köçkünlüyün ilk illərində hansı məhrumiyyətləri yaşadıqları barədə danışıb, onlara göstərilən dövlət qayğısından söz açıblar.

 

Daha sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə olub. Zəngilan Rayon Icra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara qəsəbədəki vəziyyət, zəngilanlı məcburi köçkünlərin mövcud vəziyyəti haqqında məlumat verib.

 

Qonaqlar qəsəbədə yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbətləşib, eyni zamanda Zəngilan Rayon Tarix diyarşünaslıq muzeyinə, 33 saylı orta məktəbə və bağçaya baş çəkiblər.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib