"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1293
Dövlət Komitəsi məcburi köçkün vəsiqələrinin təqdim olunması üçün səyyar xidmət təşkil edib
Mətbuat xidmətinin məlumatı 27 İyul, 2018
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdim olunması üçün səyyar xidmət təşkil edib. Səyyar xidmət iyulun 27-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə göstərilib. Komitənin məsul işçiləri mövcud qaydalar əsasında, status sənədi almaq üçün müraciət etmiş 100 nəfər məcburi köçkünə vəsiqə təqdim ediblər. Onlardan bir nəfərinə - fiziki imkanları məhdud olan məcburi köçkünə vəsiqə evində təqdim olunub. Məcburi köçkün vəsiqəsi alanların 30 faizi özünün müvafiq statusunun təsdiq olunması üçün Komitəyə müraciət etmiş abituriyentlərdir. Xatırladaq ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində müvəqqəti yaşayış sahəsi ilə, məşğulluqla, sosial və tibbi təminatla, təhsil hüququ, nəqliyyat və mənzil-kommunal, həmçinin vergi güzəştləri ilə təmin olunması kimi sosial müdafiə tədbirləri tətbiq edilir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb