"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1193
Norika Nikolai: Avropa Parlamenti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır
Görüşlər 28 Aprel, 2018

Görüşdə Komitə sədri Rövşən Rzayev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır. Onların sosial problemlərinin həlli istiqamətin lazim olan bütün addımlar atılır. “Lakin Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Bu hazırda məcburi köçkünlərin ən böyük problemidir. Bu məsələdə ədalətli mövqenin olması çox vacibdir. Biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyəti, aparıcı dövlətlər, xüsusilə Minsk qrupunun həmsədr ölkələri ədalətli mövqe nümayiş etdirsinlər. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər”,- deyə Rövşən Rzayev vurğulayıb. Rövşən Rzayev Azərbaycan Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində vacib layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığa çox böyük önəm verildiyini qeyd edən komitə sədri Avropa Parlamentinin və Avronest Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsinin zəruriliyini ifadə edib. Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir öz həlli yolunu tapmamasından təəssüfləndiyini bildirən xanım Norika Nikolai son vaxtlar Avropa Parlamentində bu məsələyə münasibətdə canlanmanın müşahidə edildiyini vurğulayıb. O deyib: “Avropa Parlamenti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Düşünürəm ki, birgə səylərlə münaqişənin müsbət həllinə nail olmaq mümkündür. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqətlə yanaşılır. Ancaq insanlar üçün qida və su qədər vacib daha bir amil də var ki, bu da doğma evləridir. Bu insanlar üçün isə doğma ev, vətən Dağlıq Qarabağdır. Lakin təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə lazımi diqqəti ayırmır”. Görüşdə son günlər Ermənistanda gedən siyasi proseslərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. Görüşdən sonra Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavinlərinin müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yaradılmış şəraitlə yerində tanış oldular.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib