"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1107
2004-cü ilin sentyabrından BMT Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümyəndəsi təyin olunmuş cənab Valter Kalinin 2007-ci il 2-6 aprel tarixlərdə Azərbaycanda rəsmi səfəri həyata keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 08 Aprel, 2007
O, Bern Universitetinin professoru kimi Rəhbər Prinsiplərin Cənubi Qafqaz ölkələrinin milli qanunvericiliyinə uyğunlaşdırılması üzrə hesabatın hazırlanmasına rəhbərlik etmiş, 2002-ci il fevralın 21-də həmin hesabatı ilə bağlı Bakıda keçirilmiş tədbirdə iştirak etmişdir. Cənab V.Kalin 2007-ci il 2 aprel tarixdə Azərbaycan Respublikasına səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür. Görüşdə ölkəmizdə məcburi köçkünlərin problemlərinə dair geniş fikir mübadiləsi aparılmışdır Səfər proqramina uyğun olaraq cənab V.Kalin Baş nazirin müavini cənab Ə.Həsənov ilə görüşmüşdür. Bu görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, ölkəmizin rəhbərliyinin problemin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər barədə ətraflı söhbət açıldı. BMT təmsilçisinə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş tədbirlər, həmin işdə beynəlxalq qurumların iştirakı barədə məlumat verildi. BMT qurumlarının, digər beynəlxalq təşkilatların xüsusilə 1994-1995-ci illərdə qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla xatırladan cənab Ə.Həsənov vurğuladı ki, bu yardım olmasaydı, o zaman Azərbaycanda humanitar böhran baş verərdi. Qonağa çadır şəhərciklərinin ləğvi və orada məskunlaşanların Dövlət Neft Fondunun vəsaiti hesabına salınmış yeni qəsəbələrə köçürülməsi barədə də ətraflı məlumat verildi. Baş nazirin müavini BMT-nin bəzi konvensiyalarına münasibətini də bildirdi, onların bir çoxunun, xüsusilə qaçqınlarla bağlı olanlarının köhnəldiyini, həmin sənədlərin qəbul edildiyi vaxt “məcburi köçkün” anlayışının olmadığını söylədi. Ətraflı məlumat üçün minnətdarlıq edən cənab V.Kalin qaçqınlar və məcburi köçkünlərlə əlaqədar Azərbaycan dövlətinin gördüyü işlərdən məmnunluğunu bildirdi. Qonaq xüsusi vurğuladı ki, Azərbaycan hökuməti çox böyük məharətlə vəsait taparaq, bu insanların yaşayış şəraitini yaxşılaşdırır. O, müvafiq qanunvericilik sahəsində görülmüş işləri bəyəndiyini, hökumətin beynəlxalq qurumlarla səmərəli əlaqələndirmə işinin, ümumiyyətlə, qaçqın-köçkün problemi ilə bağlı beynəlxalq əməkdaşlığın təşkilindən razılığını söylədi.Cənab V. Kalin beynəlxalq konvensiyalar barədə iradın nəzərə alınacağını da bildirdi. Cənab V. Kalinin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərində Qaradağ, Sabirabad, İmişli və Biləsuvarda rayonlarında olmuş, bu rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Sabirabad rayonundakı “Qalaqayın” çadır düşərgəsində qonağa məlumat verilmişdir ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi rayonlardan 2189 ailə burada müvəqqəti məskunlaşmışdır. BMT təmsilçisinin, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla görüşü zamanı Cəbrayıl, Zəngilan, Füzuli rayonlarından olan məcburi köçkünlər onlara baş çəkdiyi üçün BMT baş katibinin nümayəndəsinə minnətdarlıqlarını bildirmiş, eyni zamanda təəssüflə qeyd etmişlər ki, münaqişənin həlli ilə bağlı beynəlxalq qurumlara bəslənilən ümidlər hələ də doğrulmamışdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qalır. Təcavüzkara təzyiq gücləndirilməli, müvafiq sanksiyalar tətbiq edilməli, 1 milyonadək insanın hüquqları bərpa olunmalıdır. Xatırladılmışdır ki, Azərbaycan ərazisinin 20 faizini BMT-yə qəbul olunduqdan sonra itirib. Bu qurumun bir üzvü digərinə təcavüz edib. BMT-dən təsirli tədbirlər görməsini istəyirik. Bildirilmişdir ki, müstəqil dövlətimiz məcburi köçkünlərin sosial və mənzil-məişət şəratini yaxşılaşdırmaq üçün tədbirlər görür. Lakin bizim üçün ən böyük nemət sülh, ən isti yer doğma torpağımızdır. Beynəlxalq qurumlar, o cümlədən BMT haqqın tərəfində durmalı, münaqişənin həllinə öz töhfəsini verməlidir. Valter Kalin demişdir ki, məqsədim Sizinlə görüşüb vəziyyətinizlə yaxından tanış olmaqdır. Hərbi münaqişələrdən zərər çəkən digər ölkələrin vətəndaşlarından fərqli olaraq, sizin dözülməz vəziyyətiniz uzun müddətdir davam edir. Ümidvaram ki, münaqişə tezliklə həll olunacaq. Bu, beynəlxalq təşkilatların da arzusudur. Gördüklərimdən aldığım təəsürat əsasında tövsiyyələr hazırlayıb BMT-yə və Azərbaycan hökumətinə təqdim edəcəyəm. Sizin tələblərinizi və narahatlığınızı BMT-nin baş katibinə, qurumun Baş Assambleyasına, Təhlükəsizlik Şurasına çatdıracağam. Azərbaycana səfər zamanı BMT təmsilçisi xarici işlər, daxili işlər, iqtisadi inkişaf, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, insan hüquqları üzrə müvəkkil (Ombudsman), beynəlxalq və milli qeyri-hökümət təşkilatlarının rəhbərləri ilə görüşləri keçirmişdir. Səfərin sonunda cənab Valter Kalin BMT İnkişaf Proqramının ofisində Azərbaycan Respublikasına səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib