"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Yaponiyanın ölkəmizdəki səfiri Baş nazirin müavini Əli Həsənovla görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı 02 May, 2016
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov mayın 2-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür. Görüşdə Əli Həsənov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir. Baş nazirin müavini qeyd etmişdir ki, hazırda işğal altındakı ərazilərimizdən ermənilər tərəfindən narkotik vasitələrin daşınması, narkotik bitkilərin becərilməsi, eləcə də transmilli cinayətkarlıq üçün nəzarət edilməyən zona kimi istifadə olunur və bu ərazilərdə narkotik maddələrin xüsusi laboratoriyalarda emal edilərək müxtəlif ölkələrə göndərilir. Ermənistanın bütün dünya üçün təhlükəli olan belə cinayətkarlıqla məşğul olmasını BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə və onunla mübarizəyə həsr olunmuş 30-cu Xüsusi Sessiyası zamanı Azərbaycan nümayəndə heyəti bu cür faktları bütün dünya ictimaiyyətinə açıqladı. Ancaq təəssüflər olsun ki, beynəlxalq qurumların qəbul etdikləri qətnamələri icra etməyən işğalçı Ermənistana qarşı belə qanunsuz əmməllərin qarşısının alınması üçün ciddi təzyiq göstərilmir və sanksiya tətbiq olunmur. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. O müstəqilliyimizin ilk illərində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Yaponiyaya hökumətinə təşəkkürünü bildirmişdir. Əli Həsənov Səfirə aprel ayında qoşunların təmas xəttində baş verən hadisələr barədə də ətraflı məlumat vermiş və qeyd etmişdir ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar. Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur. Diqqətə çatdırılmışdır ki, sabahdan dağıdılmış mənzillərin bərpasına başlanılacaq və sakinlər öz mənzillərinə qayıdacaqlar. Əli Həsənov onu da bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttində yerləşən rayonlara səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə və məcburi köçkünlərlə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb, qələbəyə inamı daha da artırıb. Bu bir daha onu göstərdi ki, bu gün Azərbaycan Prezidenti ilə xalq arasında, ordu arasında monolit birlik var. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Görüşdə eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” Co.Ltd. şirkətinin rəhbəri, 2006-cı ildə beynəlxalq “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli oftolmoloq Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri ilə bağlı geniş müzakirələr aparılmışdır. Əli Həsənov Yaponiyaya etdiyi rəsmi səfəri, keçirdiyi görüşləri, eyni zamanda Sapporo şəhərində “Fuji Optical Co.LTD” şirkətinin müəssisində olmasını xatırlamış və Akoi Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını və bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırmışdır. Baş nazirin müavini vurğulamışdır ki, 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləmişdir. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxslər BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanmışdır. Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hər tərəfli şəraitdən məmnun olduğunu qeyd etmiş və Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin siyasi sahədə də son zamanlar güclənməkdədir. Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu, öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
11 Sentyabr, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
08 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Pirallahı rayonunda məcburi köçkünlər üçün püşkatma keçirilib
05 İyul, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib
25 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
22 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
12 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
11 İyun, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı
08 May, 2019 / Mətbuat xidmətinin məlumatı Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
06 May, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
01 Aprel, 2019 / Mətbuat xidmətinin məlumatı Könüllü fəaliyyətinə sən də qoşul!
27 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
06 Mart, 2019 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
27 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda növbəti püşkatma keçirilib
26 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinətin məbləği 50 faiz artırıldı
22 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
20 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı
19 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verildi
07 Fevral, 2019 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün ailələrinə yeni mənzillər verilir