"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1062
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 11 May, 2010
Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: qaçqın və məcburi köçkünlər” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin məsul əməkdaşları, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə ümummilli liderin komitənin inzibati binasındakı büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müasir Azərbaycan dövlətinin memarı və qurucusunun xalqımız və Vətənimiz qarşısında ölçüyəgəlməz xidmətlərindən bəhs edən geniş məruzə ilə şıxış etmişdir. Bildirilmişdir ki, zaman keçdikcə, illər bir-birini əvəz etdikcə böyük siyasətçi və müdrik dövlət xadiminin, dahi rəhbərin adının və fəaliyyətinin nəinki Azərbaycan, hətta türk dünyası hüdudlarına sığışmadığı bir daha aydın olur. Bütün dünyada “Heydər Əliyev” deyəndə bugünkü müstəqil Azərbaycan Respublikası, “Azərbaycan” deyəndə isə bu dövlətin memarı və qurucusu Heydər Əliyev şəxsiyyəti göz önünə gəlir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lliderimizin özündən əvvəlki səriştəsiz və səbatsız, idarəetmədən xəbərsiz olan sələflərindən dağılmış, xaos və anarxiyanın baş alıb getdiyi, təkcə Dağlıq Qarabağın deyil, Şuşa, Laçın, Kəlbəcər kimi mühüm strateji əhəmiyyət kəsb edən rayonları ermənilər tərəfindən işğal olunmuş, bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı qəbul etdiyini xatırlatmışdır. Bildirmişdir ki, yalnız Heydər Əliyev dühasının saçdığı parlaq işıq sayəsində Azərbaycan xalqı bu tarixi sınaqlardan alnıaçıq, üzüağ çıxmış və bugünkü inkişaf səviyyəsinə gəlib çatmışdır. Əli Həsənov demişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində prioritet əhəmiyyət kəsb etmişdir. Baş nazirin müavini ulu öndərin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı imzaladığı fərman, sərəncam və dövlət proqramlarını xronoloji ardıcıllıqla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda, ümummili liderin Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırlması, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində beynəlxalq səviyyədə gördüyü işlər də xronoloji ardıcıllıqla qeyd olunmuşdur. Qaçqın və məcburi köçkünlərin problemlərinə daim həssaslıqla yanaşan, onların hər birinin dərdini-sərini özünün şəxsi dərd-səri hesab edən ulu öndərin bu təbəqədən olan insanlarla saysız-hesabsız görüşlərini xatırladan Əli Həsənov bu gün ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir. Vurğulanmışdır ki, qaçqınlar və məcburi köçkünlər dövlətiimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirlər. Tərbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabag Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseyov, Milli Məclisin deputatı Astan Şahverdiyev, məcburi köçkün Sevi Sevdimalıyev çıxış edərək ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışmışlar. Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş torpaqlaımızın azad edilməsi uğrunda apardığı məqsədyönlü işlərin tezliklə öz bəhrəsini verəcəyinə, ümummilli liderin anadan olmasının növbəti ildönümünün Şuşada və Dağlıq Qarabağın digər ərazilərində daha böyük təntənə ilə qeyd ediləcəyinə inandıqlarını bildirmişlər. Tədbir çərçivəsində, həmçinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən nəşr etdirilmiş və dövlətimizin başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabının təqdimatı da olmuşdur.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb