"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1252
Avropa İttifaqı Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır.
Mətbuat xidmətinin məlumatı 29 İyun, 2009
     Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 22-də Avropa Qonşuluq Siyasəti, Şərq tərəfdaşlığı, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı ümumi fikir mübadiləsi aparmaq və məruzə hazırlamaq məqsədilə ölkəmizə gəlmiş Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupundan ibarət nümayəndə heyətini qəbul etmişdir.      Tərkibində müxtəlif Avropa ölkələrinin nümayəndələrinin təmsil olduğu işçi qrupu ilə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılan görüşdə Baş nazirin müavini Ə.Həsənov qonaqlara Azərbaycanın bir saylı problemi ilə yerində tanış olmaq və reallıqları olduğu kimi öyrənmək məqsədilə görüşə gəldiklərinə görə təşəkkürünü ifadə etmiş, münaqişənin tarixi kökləri, onun törənmə səbəbləri, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin salınalaq uzun illər dözülməz və ağır şəraitdə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün problemi, onların sosial müdafiəsi ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə hərtərəfli məlumat verilmişdir.      Görüşdə o da xüsusi vurğulanmışdır ki, Avropa İttifaqından indiyədək Azərbaycana müxtəlif proqramlar çərçivəsində 400 milyon avro dəyərində humanitar, texniki, ərzaq yardımı ayrılmışdır. 2006-cı ilin noyabr ayında isə Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilmişdir ki, bu planda da qaçqın və məcburi köçkün problemi ilə bağlı bir sıra məsələlər öz əksini tapmışdır. Avropa Birliyinin nəzdində yaradılmış Avropa Birliyinin Humanitar Yardım Departamenti (EKO) fəaliyyətə başladıqdan bir il sonra – 1993-2000-ci illərdə 10-dan artıq ölkəni təmsil edən 18 humanitar təşkilatının xətti ilə Azərbaycanda məcburi köçkünlərin daha çox ehtiyac duyduğu 25-dən çox proqram üzrə, əsasən ərzaq, səhiyyə, sanitariya və sığınacaq tikintisi sahələrində geniş işlər aparılmışdır. Belə ki, bu qurum tərəfindən hər biri 200 yığma evdən (400 ailə üçün) ibarət 16 qəsəbə salınmış, BMT-nin Ümumdünya Ərzaq Proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının xətti ilə Biləsuvar, Saatlı və Sabirabad rayonları ərazisindəki 7 çadır düşərgəsində müvəqqəti məşkunlaşmış 34 minə yaxın məcburi köçkünə 2001-ci ilin may ayınadək müntəzəm olaraq ərzaq yardımı göstərilmişdir.      Bütün bunlarla yanaşı, təəssüflə qeyd edilmişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumların problemin həllinə ikili münasibəti, işğalçı ölkənin hətta BMT kimi nüfuzlu bir təşkilatın müvafiq qətnamələrinə belə məhəl qoymaması nəinki təkcə Azərbaycan üçün, eləcə də region üçün olduqca təhlükəlidir və bütün bunlar barədə beynəlxalq qurumlar da, dünya ictimayyəti də bilir, lakin hələlik konkret nəticə yoxdur.      Bütün bunlardan isə daha çox neçə illərdir hüquqları pozulmuş, doğma ocaq, doğma yurd həsrəti ilə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün əziyyət çəkir.      Avropa İttifaqının da daim Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini, münaqişənin həlli ilə bağlı dövlət danışıqların davam etdirilməsinin vacibliyini, Azərbaycanın tutduğu mövqenin Aİ üçün də əsas olduğunu diqqətə çatdıran qonaqlar təmsil etdikləri qurumun ölkəmizlə hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmaqla Azərbaycanı Aİ üçün vacib ölkə kimi dəyərləndirmişlər.      Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə və qonaqları maraqlandıran suallara da hərtərəfli aydınlıq gətirilmişdir.      Görüşdə qonaqlara həmçinin 10 dəqiqəlik “Vətən həsrəti...sönməyən ümidlər...” qısametrajlı film nümayiş etdirilmişdir.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib