"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1149
Azərbaycan ilə Finlandiya arasında bütün sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur
Mətbuat xidmətinin məlumatı 11 Noyabr, 2012
Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti Helsinkiyə gəlmişdir. Noyabrın 8-də Baş nazirin müavini Əli Həsənovun Finlandiya parlamentinin sədri Eero Heynyaluoma ilə görüşü olmuşdur. Görüşdə, həmçinin Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, deputat Ayaz Orucov, deputatlar Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı iştirak etmişlər. Eero Heynyaluoma qonaqları salamlayaraq bildirmişdir ki, Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dünən keçirilən dinləmələr çox maraqlı idi və Finlandiya Parlamentinin üzvlərini, ekspertləri Azərbaycan dövlətinin başlıca problemi ilə tanış etmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupu əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcəkdir. Bunun üçün bütün imkanlar vardır. Finlandiya parlamentinin fəaliyyəti barədə məlumat verən E.Heynyaluoma qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırmışdır. Azərbaycan Baş nazirinin müavini Əli Həsənov səmimi qəbula görə təşəkkürünü bildirərək Dağlıq Qarabağ münaqişəsinə dair Finlandiya parlamentində keçirilən dinləmələrin Azərbaycan üçün əhəmiyyətini vurğulamışdır. Əli Həsənov demişdir ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü qırılmaz surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın bütün sahələrdə, o cümlədən ictimai-siyasi, iqtisadi-mədəni sahələrdə dirçəlişi dahi Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü islahatların təməlini qoydu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin məqsədi neft hasilatından əldə edilən həm siyasi, həm də iqtisadi faydanın Azərbaycan xalqının gələcəyinə, rifahına yönəltmək idi. Əli Həsənov bildirmişdir ki, bu gün davam etdirilən uğurlu xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbaycanın regionda lider ölkə olduğunu vurğulayan Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının təxminən 80 faizini təşkil edir. Əli Həsənov vurğulamışdır ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın 2020-ci ilədək inkişaf strategiyasına əsasən, Azərbaycanda bir nəfər də olsun aztəminatlı insan qalmayacaq, qeyri-neft sektoru dinamik inkişaf edəcək, Azərbaycan yüksək həyat səviyyəsinə malik ölkələr siyahısına daxil olacaqdır. Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verən Əli Həsənov demişdir ki, 20 ildən artıq müddətdə ATƏT-in Minsk qrupunun himayəsi altında davam edən danışıqlar heç bir nəticə verməmişdir. Azərbaycan isə öz növbəsində bütün öhdəlikləri və qətnamələri yerinə yetirir. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərin azad olunmasına dair dörd qətnaməsi bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmir. Əli Həsənov Azərbaycanın münaqişənin tezliklə dinc yolla həll ediləcəyinə ümid etdiyini vurğulamışdır. Baş nazirin müavini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Azərbaycanı dəstəklədiyinə görə Finlandiya hökumətinə təşəkkürünü bildirmişdir. Azərbaycanın Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Əli Həsənov parlamentin sədrini Azərbaycana səfərə dəvət etmişdir. Finlandiya parlamentinin sədri Eero Heynyaluoma dəvətə görə minnətdarlığını bildirmiş və ölkələrimiz arasında bütün sahələrdə, xüsusən ticarət sahəsində əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə etmişdir. Parlamentin sədri demişdir ki, Prezident İlham Əliyevin 2020-ci ilədək olan dövr üçün ölkənin inkişaf strategiyası ona xoş təsir bağışlamışdır. Eero Heynyaluoma ümidvar olduğunu bildirmişdir ki, parlamentlərarası dostluq qrupunun fəaliyyəti bütün sahələrdə əlaqələrin inkişafına kömək edəcəkdir. Sonra Finlandiya parlamenti ilə tanışlıq olmuşdur.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb