"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1271
Xocalı soyqırımı ermənilərin türk dünyasına qarşı törətdikləri cinayətlərin ən dəhşətlisidir.
Mətbuat xidmətinin məlumatı 26 Fevral, 2009
    Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xocalı soyqırımının ildönümü ilə əlaqədar anma mərasimi keçirmişlər.     “Xocalı qan yaddaşımızdır” devizi altında təşkil olunmuş tədbirdə Xocalıdan olan şəhid ailələri, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən bir sıra ictimai təşkilatların təmsilçiləri, jurnalistlər iştirak etmişlər.     Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyənin himnləri səsləndirilmişdir. Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri ,Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov, Türkiyənin Bakıdakı səfirinin birinci müavini Erkan Özoral, Milli Məclisin deputatları - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Elman Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Nümayəndəliyin baş məsləhətçisi Ahmet Tecim, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezidentin İcra Aparatının məsul əməkdaşı Rasim Mirzəyev çıxış etmişlər.     Natiqlər Xocalı faciəsini ermənilərin son iki yüz il ərzində azərbaycanlılara qarşı törətdikləri cinayətlərin ən dəhşətlisi, bütün türk dünyasına qarşı terror aktı adlandırmışlar. Xatırlatmışlar ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bu qədim Azərbaycan şəhərində 613 nəfər dinc sakini qətlə yetirmişlər. 487 nəfər yaralanmış, 1275 xocalılı əsir, 155 nəfər isə itkin düşmüşdür. Xocalıda ermənilər faşistlərdən də qəddar hərəkət etmiş, bir gecədə bütöv bir şəhəri yer üzündən silmişlər.     Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox iş görülmüşdür. Hazırda bu iş prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2009-cu il Azərbaycanda və Türkiyədə Xocalı ili elan olunmuşdur. Bu çərçivədə tədbirlərin keçirilməsində və ümumiyyətlə, faciə ilə bağlı fotoşəkillərin, sənədlərin, kitab və albomların hazırlanması və dünyada yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Çıxış edənlər bildirmişlər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq, XX əsrin bu dəhşətli faciəsi barədə həqiqətlər gələcək nəsillərə çatdırılmalı, dünyada daha geniş yayılmalıdır.     Mərasimin sonunda 150 şəhid ailəsinə ərzaq bağlamaları verilmişdir.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb