"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 855
Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
Görüşlər 15 Mart, 2023

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

 

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlərin burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və  Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.

 

Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb.

 

Tədbirdə,  həmiçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i  ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

 

Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.

 

06 May, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
29 Aprel, 2025 / Görüşlər Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
22 Aprel, 2025 / Görüşlər Vətəndaşların qəbulu keçirilib
21 Aprel, 2025 / Görüşlər Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
15 Aprel, 2025 / Görüşlər Vətəndaşların Böyük Qayıdışa dair müraciətləri dinlənilib
08 Aprel, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
18 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
13 Mart, 2025 / Görüşlər Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
11 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Mart, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
25 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
24 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib
18 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
11 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
04 Fevral, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
30 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
28 Yanvar, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
25 Dekabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
24 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib