"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1136
Qaradağlı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 18 Fevral, 2012
Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anma mərasimi keçirilmişdir. Mərasimdə Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, ziyalılar və KİV təmsilçiləri iştirak etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülmüş, 33 nəfər yerindəcə güllələnmişdir. Ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək basdırmışlar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülmüş, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilmişlər. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər erməninin verdikləri işgəncələr və törədilən fəsadlar nəticəsində vəfat etmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfəri öldürülmüş, 42 ailədə isə ailə başçısı qətlə yetirilmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, o cümlədən də Qaradağlı faciəsinə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışdır. Baş nazirin müavini Qaradağlı qətliamına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş verildiyini demişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Xocalıya qədər neçə-neçə soyqırımların və faciələrin baş verdiyini demişdir. Hərbi prokuror təkcə Qaradağlı, Xocalı deyil, ermənilərin bu vaxta qədər törətdikləri bütün soyqırımı və faciələrin hüquqi qiymətinin verilməsinin vacibliyini vurğulamışdır. Tədbirdə soyqırımı yaşamış Qaradağlı sakinləri də çıxış etmiş, üzləşdikləri faciələri anlatmışlar.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb