"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2390
Qarabağda Dirçəliş və Böyük Qayıdış haqqında gənc jurnalistlərə mühazirə oxunub
Mətbuat xidmətinin məlumatı 10 Dekabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində bir qrup gənc jurnalist qarşısında Qarabağda dirçəliş prosesinə həsr olunmuş mühazirə ilə çıxış edib.  Universitetlə Medianın İnkişafı Agentliyinin birgə layihəsi olan İxtisasartırma Proqramları çərçivəsində təşkil olunmuş nəzəri və praktiki biliklər seminarının iştirakçıları agentliyin “MEDİA Könüllüləri” proqramının fəalları arasından seçilib.

 

F.Hüseynov dinləyicilərə ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi köklərinin səbəbləri, bu kateqoriyadan olan şəxslərlə iş sahəsində ölkə başçısının rəhbərliyi ilə dövlət siyasəti,bu kateqoriyadan olan şəxslərlə Dövlət Komitəsinin fəaliyyəti, həmçinin torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar Böyük Qayıdışın başlanmasına hazırlıq işləri barədə ətraflı məlumat verib.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin iqtisadi inkişafının bu kateqoriyadan olan insanların yaşayış səviyyəsinə müsbət təsir göstərdiyi, indiyədək 320 mindən çox məcburi köçkünə müvəqqəti məskunlaşma üçün yeni müasir mənzil və ya fərdi ev verildiyi, onlara dövlət büdcəsindən vahid aylıq müavinət ödənildiyi bildirilib. Həmçinin qeyd olunub ki, ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün statuslu  gənclərin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilir.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərə xüsusi qayğı göstərdiyi, onlarla tez-tez görüşdüyü, problemlərini şəxsən dinlədiyi və həll etdiyi diqqətə çatdırılıb.

 

Seminarda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyəti, həmçinin işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, məcburi köçkünlərin ata-baba yurduna qayıdışının təşkili istiqamətində dövlətimizin başçısının tapşırıqlarının icrası barədə də  əhatəli məlumat verib. Yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafının Böyük Qayıdışla bilavasitə əlaqəli olduğunu bildirən F.Hüseynov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu məsələnin öz əksini tapdığını qeyd edib.

 

Tələbə-jurnalistlərin nəzəri və praktik biliklərinin artırılması məqsədilə təşkil edilən seminar iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb