"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1108
Dövlətqaçqınkomun kollegiya iclasında cari ilin doqquz ayının yekunları müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı 26 Oktyabr, 2011
Oktyabrın 26-da Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin cari ilin ötən doqquz ayının yekunlarına həsr edilmiş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsinə keçməzdən əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə iştirakçıları təbrik edən Ə.Həsənov bu hadisəni dövlətimizin başçısının çevik və praqmatik xarici siyasətinin nəticəsi, Azərbaycan dövlətinin böyük qələbəsi, Azərbaycanın gənc dövlət olaraq dünyanın ən mötəbər təşkilatına üzv seçilməsini dövlətimizin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirmişdir. BMT üzvü olan 193 ölkədən 155-nin Azərbaycana səs verməsini ölkəmizin beynəlxalq nüfuzundan xəbər verdiyini diqqətə çatdıran natiq qeyd etmişdir ki, cənab Prezidentin bu münasibətlə bəyanatında da deyildiyi kimi, Azərbaycan 20 il ərzində özünü müstəqil ölkə kimi təsdiq edə bilmişdir. Bu qələbə Azərbaycan xalqının, Azərbaycan dövlətinin qələbəsidir. Azərbaycanın dövlət başçısının siyasətinin təntənəsidir. Öz fəaliyyətlərini dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə» Dövlət Proqramına və ona edilmsiş Əlavələrə, həmçinin digər müvafiq sərəncamlara uyğun quran kollektivin kollegiya iclasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar ötən müddət ərzində Naftalan Sanatoriya – Kurort Birliyinin sanatoriyalarında müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində ilkin mərhələdə «Qarabağ» sanatoriyasında məskunlaşmış 165 ailə üçün 3 ədəd beşmərtəbəli yaşayış binası tikilib istifadəyə verilmiş, fevral ayının 10-da cənab Prezident də həmin binaların açılışında iştirak etmişdir. Burada eyni zamanda bütün kommunikasiya, sosial-texniki infrastrukturlarla yanaşı, 360 şagirdlik məktəb, 50 yerlik uşaq bağçası da məcburi köçkünlərin istifadəsinə verilmişdir. Hazırda digər 4 sanatoriyada müvəqqəti məskunlaşmış 524 məcburi köçkün ailəsi üçün həmin ərazidə inşa edilən 9 ədəd beşmərtəbəli yaşayış binaları kompleksinin, musiqi məktəbinin və inzibati binanın da tikintisi sürətlə davam etdirilir ki, bunların da inşası yaxın vaxtlarda başa çatdırılacaqdır. Hazırda məhəllənin istismara qəbulu üçün hazırlıq işləri görülür. Respublikamızın müxtəlif bölgə və ərazilərindəki 1600-dən çox məskunlaşma obyekti uzun müddət istismar olunduğundan onların dam örtükləri, sanitar qovşaqları, su və elektrik xətləri artıq yararsız hala düşmüşdür. Elə bu məqsədlə də hər il olduğu kimi, 2011-ci ildə də bütün tip məskunlaşma obyektlərinin cari təmiri üçün dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ayrı-ayrı icra hakimiyyətləri, təşkilat və vətəndaşların müraciətlərinə əsasən Komitənin müvafiq idarə və şöbələri rayonların icra hakimiyyətləri ilə birlikdə məskunlaşma obyektlərinə baxış keçirdikdən və Komitə rəhbərliyinə müvafiq təkliflər hazırladıqdan sonra ötən 9 ay ərzində Komitənin tabe tikinti təşkilatları tərəfindən 33 obyektdə cari təmir işləri aparılmış və ilin sonunadək daha 10 obyektdə cari təmir işləri aparılması nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, dövlət investisiya xərcləri hesabına 2011-ci ildə tikintisi hələ 1995-ci ildən yarımçıq qalmış müxtəlif ərazilərdə 52 evin də inşası başa çatdırılaraq məhsəti türklərinin istifadəsinə verilmiş, gələn ildə isə 142 tikintisi yarımçıq qalmış evin tikintisi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamlarına uyğun olaraq bu məqsədlə ayrılmış vəsaitlər hesabına digər işlər də görülmüşdür ki, burada da əsas məqsəd bu soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından ibarətdir. İclasda qaçqın və məcburi köçkünlərin status vəsiqələri ilə təminatı ilə bağlı məsələ də ətraflı müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, ötən müddət ərzində Dövlətqaçqınkomun status şöbəsi tərəfindən 17 min 802 nəfərə status vəsiqəsi verilmiş, Dövlətqaçqınkomun rəhbərliyinin birbaşa şöbəyə qayğısı və nəzarəti nəticəsində bu sahədə işlərin daha yaxşı əsaslar üzərində qurulması üçün hərtərəfli şərait yaradılmışdır. Kollegiya iclasında bundan sonra da qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinin həlli məqsədilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Dövlətqaçqınkomun bütün əməkdaşlarının imkanlarından səmərəli istifadə edilməklə öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlinəcəyi əminliklə ifadə olunmuş, bu məqsədlə müvafiq idarə və şöbələrə konkret tapşırıqlar verilmişdir. Müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul olunan kollegiya iclasına Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Ə.Həsənov yekun vurmuşdur.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb