"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1397
Prezidentin ehtiyat fondundan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılıb
Mətbuat xidmətinin məlumatı 25 Sentyabr, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

 

Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllərinin inşası davam etdirilir.

 

Bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcəkdir. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə - istifadəyə hazırdır. Sabunçu rayonunun Ramanı qəsəbəsi ərazisində bütün sosial və texniki  infrastrukturla  təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 200 ailəlik, Abşeron rayonunda,  “Sumqayıt stansiyası” adlanan  ərazidə bütün sosial və texniki infrastrukturla təchiz olunmuş  1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 810 ailəlik yeni məhəllələrdə iş davam edir.

 

Cənab Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin  tikintisinə yönəldiləcəkdir. Bu Sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir.

 

26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb