"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1176
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 07 Avqust, 2020

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi dövründə də ardıcıl şəkildə davam etdirilir.

 

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində telekonfrans formatında keçirilən növbəti kollegiya iclasında ölkə rəhbərliyinin bununla bağlı verdiyi tapşırıqların icrası vəziyyəti müzakirə edilib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də açılışı olan 1336 mənzildən ibarət “Qobu park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir.

 

Dövlətimizin başçısı məcburi köçkünlər üçün Abşeron və Samux rayonları ərazisində salınan və hazırda tikintisi davam edən yaşayış komplekslərində tikinti işlərinin gedişi ilə şəxsən tanış olub.

 

Prezident İlham Əliyevin bu il 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsinin təmin olunması barədə verdiyi tapşırıq icra edilir, tikinti obyektlərində işlər sürətlə aparılır.

 

Kollegiya iclasında komitənin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın gedişi,  məcburi köçkünlərə kommunal xidmətlərin göstərilməsi sahəsində mövcud vəziyyət, elektron xidmətlərin təkmilləşdirilməsi və digər məsələlər barədə müvafiq strukturların hesabatları dinlənilib. Müzakirə edilən məsələlər üzrə zəruri tədbirlər müəyyənləşdirilib, onların icrası üçün konkret tapşırıqlar verilib.

 

Eyni zamanda, mövcud karantin rejimində məcburi köçkünlərin hər bir müraciətinə xüsusi həssaslıq göstərilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, fiziki ünsiyyətin məhdudlaşdırılmasının zəruri olduğu indiki vəziyyətdə komitənin rəhbər işçilərinin audio-video formatda qəbulları davam etdiriləcəkdir.

26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb