Yaponiya hökuməti tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlərə göstərilmiş yardımlar haqqında qısa məlumat
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır.
Yaponiya hökuməti tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlərə müxtəlif yardımlar - 1993-cü ildə BMT QAK-ın vasitəsilə 1 mln. ABŞ dolları dəyərində adyal və çadırlar, 1996-cı ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 1 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları, 1998-ci ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 42 mln. yen, 2000-ci ildə isə 100 mln. yen dəyərində ərzaq paylanılmışdır.
2001-ci ildə ayrılmış 40 min ABŞ dolları həcmində vəsait hesabına ABŞ-ın «Rilif İnternəşnl» beynəlxalq humanitar təşkilatı vasitəsilə məcburi köçkünlər üçün Beyləqanda 2 Füzuli məktəbi, Bərdədə 1 Laçın məktəbi, Ağdamda 1 məktəb tikilib 2002- 2003-cü dərs ilində təhvil verilmişdir; 2002-ci ildə Sabirabad rayonundakı Qalaqayın çadır düşərgəsində 81 min ABŞ dolları dəyərində su təmizləyici qurğu quraşdırılmışdır.
Yaponiyanın “Fuci Optikal Ltd.” şirkəti
BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optikal Ltd.” şirkətinin nümayəndələri cənab doktor Akio Kanainin rəhbərliyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edir və məcburi köçkünlərə, aztəminatlı əhaliyə oftalmoloji xidmət göstərirlər.
Yaponiyanın “Fuci Optikal Ltd.” Şirkətinin rəhbəri, beynəlxalq “Nansen qaçqın mükafatı”na 2006-cı ildə layiq görülmüş doktor Akio Kanainin 100,000 ABŞ dolları məbləğində şəxsi maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün su artezian quyusu qazılmış və 2007-ci il iyunun 13-də Dr.Kanainin iştirakı ilə açılışa həsr olunmuş tədbir keçirilmişdir.
2005-2014-cü illərdə Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkəti tərəfindən Azərbaycana 39 minədək optik eynək, 223 Siemens və ya Widex eşitmə cihazı, 350 inter okyular linza gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır.
“Fuji” humanitar missiyasının həyata keçirilməyə başlandığı 2005-ci ildən 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır. 28 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb.
2018-ci ildə isə humanitar missiya bu təbəqədən olan 4354 insanı müayinə edib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Yaponiya Dövləti arasında keçirilən görüşlər:
2014-cü ilin fevralın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb;
2014-cü ilin aprelin 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın “Fuji Optical” Ltd. şirkətinin rəhbəri, oftolmoloq Akio Kanainlə görüşüb;
2015-ci ilin mayın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanai ilə görüşüb;
2015-ci ilin avqustun 26-31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın xarici işlər naziri Fumio Kişidayanın dəvətinə əsasən Yaponiyada rəsmi səfərdə olmuşdur. Səfər müddətində Komitə sədri Yaponiya xarici işlər nazirinin müavini, hakim Liberal Demokratik Partiyadan parlamentin üzvü Kentaro Sonoura, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) vitse-prezidenti xanım Kae Yanaqisava, Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) icraçı katibinin müavini, xarici əlaqələr bürosunun sədri, parlamentin deputatı Yasukazu Hamada və Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb;
2016-cı ilin mayın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb;
2016-cı ilin mayın 23-də Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb;
2017-cı ilin iyulun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb;
2017-ci ilin iyulun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb;
2018-ci ilin yanvar 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb;
2018-ci ilin iyulun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;
2019-cu ilin mayın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
2020-ci ilin oktyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
2022-ci ilin sentyanrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanai ilə görüşüb.