Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi
1863-cü ildə təsis edilmiş BQXK, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın əsasını təşkil edir. Bu təşkilat münaqişə zamanı Hərəkat tərəfindən həyata keçirilən beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir, koordinasiya edir, həmçinin humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirir və gücləndirir. BQXK dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir.
BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il 3 mart tarixdən fəaliyyət göstərir və iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılmışdır.
Azərbaycan Hökuməti tərəfindən üzvlük haqqı isə 2015-ci ildə 21 941 manat, 2016-cı ildə 29 269 manat və 2017-ci ildə 52 791 manat təşkil etmişdir.
2015-ci ildə BQXK-nın ölkəyə gətirdiyi maliyyə vəsaiti 8 519 000 ABŞ dolları, 2016-cı ildə- 7 445 483 ABŞ dolları, 2017-ci il ildə isə bu rəqəm 6.822271 ABŞ dolları təşkil etmişdir.
Təşkilat tərəfindən 2018-cı ildə həyata keçirilən layihələr:
1. Ağdam, Ağcabədi, Gədəbəy, Qazax, Goranboy, Tərtər və Tovuz rayonlarında həyata keçirilən İqtisadi təhlükəsizlik layihəsi;
2.Ağdam, Gədəbəy, Qazax, Tərtər rayonlarında həyata keçirilən Su və yaşam proqramına dair içməli su və elektrik təchizatı sistemlərinin bərpası / qurulması layihəsi;
3. Gəncə, Şəki, Şirvan, Sabirabad, Hacıqabul, Ağsu, Kürdəmir, Şamaxı, Qobustan, Göygöl, Daşkəsən, Qəbələ, Zaqatala, Göyçay, Ucar şəhər və rayonlarında həyata keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin ailələrinə psixo-sosial dəstək layihəsi;
4. Bakı, Tərtər, Ağdam, Goranboy, Füzuli, Ağdam, Ağstafa, Tərtər, Tovuz, Goranboy, Ağcabədi, Gədəbəy, Qazax, Bərdə şəhər və rayonlarında həyata keçirilən Azərbaycanda səhiyyə proqramı layihəsi.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında keçirilən görüşlər:
2006-cı il aprelin 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru cənab Yakob Kellenberqerin Sabirabad rayonundakı “Qalaqayın” çadır düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb;
2014-cü ilin iyulun 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb;
2014-cü ilin iyulun 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşmüşdür. Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun meyidinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılmışdır;
2015-ci ilin iyulun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib;
2015-ci ilin oktyabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vial, onun müavini Severin Şappa və Azərbaycandakı nümayəndəliyin rəhbəri xanım Deniz Duranı qəbul edib;
2015-ci ilin fevralın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Xanım Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri xanım Deniz Duranı qəbul edib;
2016-cı ilin avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sesseranı qəbul edib;
2017-ci ilin iyunun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sesseranı qəbul edib;
2017 noyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb;
2018-ci ilin martın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sesseranı qəbul edib;
2018-ci ilin mayın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sessera ilə görüşüb.