"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
Avropa İttifaqı (Aİ)
Print

Avropa İttifaqı (Aİ) - Aİ formal olaraq 1 noyabr 1993-cü ildə təsis edilmiş dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Mənzil qərargahı Brüsseldə yerləşir. Hazırda İttifaq öz sıralarında 27 dövləti birləşdirir və Avropa İttifaqına Latviya sədrlik edir.

 

Azərbaycan Respublikası ilə Aİ arasında münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı il tarixində Lüksemburqda imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) təşkil edir.

 

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nizamlanması ilə bağlı 1992-ci ildə 2, 1993-cü ildə isə 4 bəyanat dərc etmişdir.

 

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Herbert Salber Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişə ilə bağlı Azərbaycana mütamədi səfərlər etmiş, 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Baş nazirinin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Xarici işlər naziri, Müdafiə naziri və Avropa İttifaqının Azərbaycanda akreditə olunmuş səfirləri ilə görüşmüş, həmçinin Abşeron rayonu ərazisində, Masazır qəsəbəsində, məcburi kюçkünlər üçün salınmış yaşayış kompleksində və Binəqədi rayonu ərazisində İdarəetmə və Texnalogiya kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə yerində tanış olmuşdur.

 

2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri 2014-cü ilin noyabr ayında bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Avropa Komissiyasının Vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqlanda və ATƏT Baş katibi cənab Lamberto Zannierə rəsmi müraciətlər ünvanlamışdır.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Avropa İttifaqı arasında keçirilən görüşlər:

 

2009-cu ilin iyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa Qonşuluq Siyasəti, Şərq tərəfdaşlığı, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı ümumi fikir mübadiləsi aparmaq və məruzə hazırlamaq məqsədilə ölkəmizə gəlmiş Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupundan ibarət nümayəndə heyətini qəbul edib;

 

2011-ci ilin iyunun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavininin müşaiyəti ilə Azərbaycanda səfərdə olan Avropa İttifaqının üzv ölkələrinin və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti məcburi köçkünlərlə görüşüb. Missiya əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur. Avropalı qonaqlar buradan Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəliblər;

 

2012-ci ilin iyunun 27-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Aİ-nin üzvü olan dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri “Ümumdünya Qaçqınlar Günü” ilə əlaqədar məcburi köçkünlərlə görüşmüşlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə diplomatlar əvvəlcə Binəqədi rayonunda yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraiti ilə tanış olublar;

 

2013-cü ilin oktyabr ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2014-cü ilin oktyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2015-ci ilin fevralın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2015-ci ilin aprelin 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2015-ci ilin sentyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

2015-ci ilin oktyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 27 oktyabr tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin iştirakı ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb;

 

2016-cı ilin noyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib;

 

2018-ci ilin yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb;

 

2018-ci ilin fevralın 20-də ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

 

2018-ci ilin mayın 7-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri məcburi köçkünlərlə görüşüblər;

 

2018-ci ilin noyabr 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb:

 

2019-cu ilin oktyabrın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

2021-ci ilin martın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.