"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2251
Dövlət Komitəsində Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüş olub
Görüşlər 05 Fevral, 2020

Fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler  və seçki təhlilçisi xanım Masa Yanyusevic ilə görüşüb.

 

Dövlət Komitəsinin sədri qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti və onlara göstərilən dövlət qayğısı haqqında məlumat verib. Bununla yanaşı, qeyd olunub ki, Ermənistan öz işğalçılıq siyasəti ilə bu insanların bir sıra fundamental hüquqlarını, o cümlədən seçki hüququnu pozmaqda davam edir. Belə ki, doğma yurdlarını itirmiş məcburi köçkünlər prezident və parlament seçkilərində iştirak etsələr də, yerli özünidarəetmə orqanı olan bələdiyyələrə seçkilərdən kənarda qalırlar. Çünki onların daimi yaşayış yerləri hələ də Ermənistanın işğalı altındadır. Həmin ərazilərin işğaldan azad edilməsinə dair BMT-nin 4 qətnaməsini yerinə yetirməyən bu təcavüzkar dövlətə qarşı beynəlxalq miqyasda təzyiq göstərilməməsi isə təəssüf doğurur.

 

Dövlət Komitəsinin sədri fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində məcburi köçkünlərin fəal iştirak edəcəklərinə ümidvar olduğunu, seçki prosesinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin mümkünsüzlüyünü bildirib. Azərbaycanda demokratik ənənələrin əsasının hələ ötən əsrin əvvəllərində Xalq Cümhuriyyəti dövründə qoyulduğunu, dövlət müstəqilliyinin bərpasından sonra bu ənənələrin daha da inkişaf etdirildiyini vurğulayan Dövlət Komitəsinin sədri özünün də əvvəllər parlament seçkilərində iştirak etdiyini və siyasi mübarizə praktikasından xəbərdar olduğunu  diqqətə çatdırıb. Hazırda bir vətəndaş kimi ölkəmizdə mövcud olan demokratik seçki mühitini yüksək qiymətləndirib.

 

Səfir Piter Teyler səmimi qəbula və hərtərəfli məlumata görə təşəkkürünü bildirib, başçılıq etdiyi uzunmüddətli seçki missiyasının fəaliyyəti barədə söz açıb, qaçqınların və məcburi köçkünlərin növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı fikirlərini bildirib. O, Mərkəzi Seçki Komissiyasından aldığı məlumata diqqəti yönəldərək, məcburi köçkünlərin 14 seçki dairəsi üzrə 500-dən artıq seçki məntəqəsində səs verəcəklərini qeyd edib, ATƏT müşahidəçilərinin həmin dairə və məntəqələrdə də öz missiyasını yerinə yetirəcəklərini vurğulayıb.

 

Dövlət Komitəsinin sədri DTİHB seçki müşahidə missiyasının rəhbərinin və seçki təhlilçisinin suallarını cavablandırıb, onlara öz missiyalarını uğurla başa çatdırmağı arzulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib