"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2436
“Liderliyin inkişafı proqramı”nın iştirakçıları Dövlət Komitəsində olublar
Görüşlər 18 Dekabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan və uğurlu karyera qurmağı bacaran azərbaycanlılarla əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirdiyi “Liderliyin inkişafı proqramı”nın ölkəmizə səfərə gəlmiş bir qrup iştirakçısı - Fransada və beynəlxalq miqyasda hüquq və vergi məsələləri üzrə xidmətlər təklif edən “LEXLOR” beynəlxalq hüquq şirkətinin rəhbəri və təsisçi partnyoru Edmond Verdier, Türkiyədə fəaliyyət göstərən “Edison” hüquq bürosunun sədri Ruslan Edison, Almaniyada miqrasiya və qaçqın məsələləri üzrə ictimai fəaliyyətlə məşğul olan Nurlan Məmmədov, Ukraynadakı “Riç-İnter Qrup” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Murad Cəfərov, Gürcüstanın “EVEX” klinikalar şəbəkəsinin satış üzrə koordinatoru Murad Muradov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.

 

Komitənin sədri Rövşən Rzayev qonaqlarla görüşüb, onlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.

 

Qeyd olunub ki, Azərbaycan dövlətinin qaçqınlıq və köçkünlük probleminin həlli sahəsindəki təcrübəsi bütün dünyada nümunə kimi qəbul edilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması  və sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl zəruri tədbirlər həyata keçirilsə də, onların ən böyük arzusu doğma torpaqlara qayıtmaqdır.

 

Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bununla əlaqədar xalqımızın üzləşdiyi ədalətsizlik haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin böyük rol oynadığını diqqətə çatdırıb. Eyni zamanda qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər daha geniş auditoriyaya ünvanlanmalı və daha effektiv olmalıdır. Diaspor nümayəndələrinin məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq kimi sosial problemlərinin həllinə dəstək verməsinin, fəaliyyət göstərdikləri ölkələrdəki müvafiq təşkilatları da bu işə cəlb etməsinin əhəmiyyəti vurğulanıb.

 

Qonaqlar səmimi qəbula görə təşəkkür bildiriblər, görüşdə müzakirə olunan məsələlərlə bağlı fəaliyyətləri daha artıracaqlarını bildiribər.

 

Daha sonra qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olublar, burada müvəqqəti məskunlaşmış soydaşlarımızla görüşüblər.

 

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib