"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1995
Dövlət Komitəsinin sədri yeni qəsəbədə məcburi köçkünlərlə görüşüb
Görüşlər 29 Mart, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Abşeron rayonunda məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə olub.

 

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Məcburi köçkünlər əvvəlcə, kollektiv şəkildə, daha sonra fərdi qaydada qəbul edilib. Müraciətlər, əsasən, isti su, təbii qazın verilişi, sərnişin nəqliyyatı və digər məsələlərlə əlaqədar olub. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən məcburi köçkünlərin qaldırdıqları digər məsələlərlə bağlı artıq işlər aparılıb.

 

Məlumat verilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il istifadəyə verilmiş bu yaşayış kompleksi 1000 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Müasir tələblər səviyyəsində inşa edilən binalarda mənzillər tam təmirlidir, qəsəbə zəruri infrastrukturla təchiz edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, buraya birinci növbədə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində qəzalı bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb. Qeyd edilib ki, mənzillərə təbii qazın tam həcmdə verilməməsi köçürülmənin davam etməsi ilə əlaqədardır. Məcburi köçkün ailələrinin yerləşdirilməsi başa çatdıqdan sonra qəsəbə təbii qazla tam təchiz olunacaq. Sərnişin nəqliyyatı şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən hazırda müvafiq qurumlara məktub ünvanlanıb və bu məsələ tezliklə həllini tapacaq.

 

Məcburi köçkünlərin görüşdə qaldırdıqları digər məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib