"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2010
Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
Görüşlər 26 İyul, 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə tədbirlər həyata keçirməyə davam edir. İyulun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da iştirak etdiyi görüşdə bildirilib ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onların sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva paytaxtda ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin yeni binalara köçürülməsi barədə tapşırıq verib və bu tapşırığın icrası istiqamətində məqsədyönlü iş aparılır. Dövlət komitəsinin sədri Suraxanı rayonunda qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib, suallar cavablandırılıb. Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qeyd edilib ki, digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib