"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2225
Dövlət Komitəsində Gəncliyə Yardım Fondunun prezidenti ilə görüş olub
Görüşlər 03 İyul, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüş olub. Komitə sədri Rövşən Rzayev iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəmizdəki qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ərazilərimizin işğalı zamanı qaçqın və məcburi köçkünlər üçün qardaş Türkiyə tərəfindən edilən humanitar yardımları xatırladıb, bu dəstəyə görə təşəkkürünü bildirib. R.Rzayev Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş imkanların olduğunu, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ictimai dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin rifahı dayanır. Bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva həmin tədbirləri daim diqqətdə saxlayır, məcburi köçkünlərin yeni mənzillərlə təminatı məsələsinə xüsusi qayğı göstərir. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Fondun müharibə iştirakçıları, şəhid ailələri ilə yanaşı, məcburi köçkünlərlə də bağlı layihələr gerçəkləşdirdiyini vurğulayıb. Müqəddəs Ramazan ayında Cocuq Mərcanlıda yerli sakinlərlərlə görüşdüklərini, burada yaradılan şəraitlə yaxından tanış olduqlarını diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib