"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1983
Dövlət Komitəsinin sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Görüşlər 29 İyun, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbəri Park Kum Okla görüşüb. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin 4 qətnaməsi icra edilmir. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir. Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Kim Çanq-gyunun Azərbaycanda olan digər ölkələrin səfirləri ilə birlikdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri məmnunluqla xatırlanıb. Vurğulanıb ki, işğaldan azad edildikdən sonra bütün infrastrukturu yenidən qurulan Cocuq Mərcanlıya qayıdan məcburi köçkünlərin daimi yaşayışı üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilib. Kənddə Şuşa məscidinin bənzəri olan məscid, orta məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət ocağı tikilərək sakinlərin istifadəsinə verilib. Koreya Respublikasının səfirliyi ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən səfir mövcud olan səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. Koreya Respublikasının ölkəmizdə bundan sonra da məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib