"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3491
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayıb.
Görüşlər 05 İyun, 2018

İyunun 4-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine arasında görüş keçirilib. Görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub. Dövlət Komitəsinin sədri, xanım Sonia Fontaineyə rəhbərlik etdiyi humanitar təşkilatın xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrə və onların problemlərinin həllinə göstərilən köməkliyə görə təşəkkürünü bildirib. GİZ-in nümayəndə heyətinin rəhbəri Sonia Fontaine Almaniya-Azərbaycan əlaqələrinin hazırki səviyyəsini yüksək qiymətləndirib. İki ölkə arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirildiyinə diqqət çəkib. Nümayəndə heyətinin rəhbəri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Görüşdə layihə haqqında ətraflı məlumat verilib, qeyd edilib ki, layihə çərçivəsində müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılması gözlənilir. Daha sonra görüşdə GİZ və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəyi layihə müzakirə edilib. Layihə ilə ümumi tanışlıqdan sonra onun genişləndirilməsi imkanları müzakirə edilib. Layihənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhvə verəcəyinə əminlik ifadə edilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib