"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2307
“SABAH” qrupunun tələbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.
Görüşlər 25 May, 2018

Mayın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğal altında olan rayonlardan “SABAH” qrupunun tələbələri üçün info-tur təşkil edib. İnfo-turun məqsədi “SABAH” tələbələrinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat vermək və gələcəkdə onları Komitədə çalışmaları üçün təşviq etməkdir. Tələbələrlə görüşən Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Komitənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, tələbələrə Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən aparaılan iri miqyaslı layihələr həyata keçirilir. Mayın 24-də Lökbatan qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışından danışan Dövlət Komitəsinin sədri dünyanın heç bir yerində məcburi köçkünlərə belə şəraitin yaradılmadığını vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Tədbirdə “SABAH” qrupunun fəaliyyətinə toxunulub, Azərbaycan gənclərinin fərdi və müasir tələblərə uyğun təhsil almaları istiqamətində bu layihənin əhəmiyyətindən danışılıb. Layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan savadlı, bacarıqlı tələbələrin kadr hazırlığının təmin edilməsi məqsədi ilə müxtəlif dövlət qurumlarında “SABAH” qrupu tələbələrinin təcrübə keçdiyi və gələcəkdə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların peşəkar kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradılacağı diqqətə çatdırlıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib