"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2417
Rövşən Rzayev: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görüləcək işlər çoxdur"
Görüşlər 04 May, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb. Komitə sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir. Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məcburi köçkünlərin problemlərinə həssas yanaşdığına görə təşəkkür edib. O, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə uzun müddət fəaliyyət göstərdiyini və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə müxtəlif layihələrlə dəstək verdiyini diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan bu sahədə olan çətinliklərin böyük hissəsinin öhdəsindən gəlib. Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpası buna bariz nümunədir. Rövşən Rzayev, eyni zamanda, bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə görüləcək işlər hələ çoxdur. Furio de Angelis BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirdiyi qiymətləndirmənin nəticələrindən danışıb. O, məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib