"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2652
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
Görüşlər 04 May, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 3-də Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə görüşüb. Sədr Azərbaycan həqiqətlərinin Fransada yayılmasında Paris Azərbaycan Evinin xidmətlərindən danışıb. O, nüfuzlu dövlət olan Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi səylərini artırmalı olduğunu vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma torpaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır, bu problemlərin həlli istiqamətində lazımi addımlar atılır. Rövşən Rzayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mehriban xanım Əliyeva ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, həm də qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. Komitə sədri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdan soydaşlarımızın yaşayış şəraiti ilə tanış olmaları üçün həmin kəndə səfərin təşkilinin mümkünlüyünü bildirib. Jan-Fransua Mansel Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib. Qonaq gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb və bunun üçün perspektivlər olduğunu bildirib.

28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib