XƏBƏRLƏR
Çap et
1829
Avropa İttifaqı Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır.
Mətbuat xidmətinin məlumatı
29 İyun, 2009
Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 22-də Avropa Qonşuluq Siyasəti, Şərq tərəfdaşlığı, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı ümumi fikir mübadiləsi aparmaq və məruzə hazırlamaq məqsədilə ölkəmizə gəlmiş Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupundan ibarət nümayəndə heyətini qəbul etmişdir.
Tərkibində müxtəlif Avropa ölkələrinin nümayəndələrinin təmsil olduğu işçi qrupu ilə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılan görüşdə Baş nazirin müavini Ə.Həsənov qonaqlara Azərbaycanın bir saylı problemi ilə yerində tanış olmaq və reallıqları olduğu kimi öyrənmək məqsədilə görüşə gəldiklərinə görə təşəkkürünü ifadə etmiş, münaqişənin tarixi kökləri, onun törənmə səbəbləri, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin salınalaq uzun illər dözülməz və ağır şəraitdə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün problemi, onların sosial müdafiəsi ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə hərtərəfli məlumat verilmişdir.
Görüşdə o da xüsusi vurğulanmışdır ki, Avropa İttifaqından indiyədək Azərbaycana müxtəlif proqramlar çərçivəsində 400 milyon avro dəyərində humanitar, texniki, ərzaq yardımı ayrılmışdır. 2006-cı ilin noyabr ayında isə Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilmişdir ki, bu planda da qaçqın və məcburi köçkün problemi ilə bağlı bir sıra məsələlər öz əksini tapmışdır. Avropa Birliyinin nəzdində yaradılmış Avropa Birliyinin Humanitar Yardım Departamenti (EKO) fəaliyyətə başladıqdan bir il sonra – 1993-2000-ci illərdə 10-dan artıq ölkəni təmsil edən 18 humanitar təşkilatının xətti ilə Azərbaycanda məcburi köçkünlərin daha çox ehtiyac duyduğu 25-dən çox proqram üzrə, əsasən ərzaq, səhiyyə, sanitariya və sığınacaq tikintisi sahələrində geniş işlər aparılmışdır. Belə ki, bu qurum tərəfindən hər biri 200 yığma evdən (400 ailə üçün) ibarət 16 qəsəbə salınmış, BMT-nin Ümumdünya Ərzaq Proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının xətti ilə Biləsuvar, Saatlı və Sabirabad rayonları ərazisindəki 7 çadır düşərgəsində müvəqqəti məşkunlaşmış 34 minə yaxın məcburi köçkünə 2001-ci ilin may ayınadək müntəzəm olaraq ərzaq yardımı göstərilmişdir.
Bütün bunlarla yanaşı, təəssüflə qeyd edilmişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumların problemin həllinə ikili münasibəti, işğalçı ölkənin hətta BMT kimi nüfuzlu bir təşkilatın müvafiq qətnamələrinə belə məhəl qoymaması nəinki təkcə Azərbaycan üçün, eləcə də region üçün olduqca təhlükəlidir və bütün bunlar barədə beynəlxalq qurumlar da, dünya ictimayyəti də bilir, lakin hələlik konkret nəticə yoxdur.
Bütün bunlardan isə daha çox neçə illərdir hüquqları pozulmuş, doğma ocaq, doğma yurd həsrəti ilə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün əziyyət çəkir.
Avropa İttifaqının da daim Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini, münaqişənin həlli ilə bağlı dövlət danışıqların davam etdirilməsinin vacibliyini, Azərbaycanın tutduğu mövqenin Aİ üçün də əsas olduğunu diqqətə çatdıran qonaqlar təmsil etdikləri qurumun ölkəmizlə hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmaqla Azərbaycanı Aİ üçün vacib ölkə kimi dəyərləndirmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə və qonaqları maraqlandıran suallara da hərtərəfli aydınlıq gətirilmişdir.
Görüşdə qonaqlara həmçinin 10 dəqiqəlik “Vətən həsrəti...sönməyən ümidlər...” qısametrajlı film nümayiş etdirilmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









