"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3401
Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
Görüşlər 23 Yanvar, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Asiya İnkişaf Bankının (AİB) işçi qrupu ilə görüş keçirilib. Görüşdə əməkdaşlıq imkanları və istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışı, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.  Bildirilib ki, Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərə təhlükəsiz, könüllü, ləyaqətli qayıdış təşkil edir. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərə qayıdış davamlı xarakter daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva  da məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

 

Görüşdə qeyd edilib ki, Asiya İnkişaf Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək vermək niyyətindədir və bu sahədə əməkdaşlıq imkanlarını qiymətləndirməyi vacib sayır.

 

Dövlət Komitəsinin məsul əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıb, əməkdaşlıq perspektivləri barədə rəy və təkliflərini bildiriblər.

 

Görüşdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, BMT-nin Məskunlaşma Proqramı - UN-HABİTAT-ın nümayəndələri iştirak ediblər.

 

Xatırladaq ki, Baş ofisi Filippinin Manila şəhərində yerləşən Asiya İnkişaf Bankı fəaliyyətinə 1966-cı ildə başlayıb və 67 üzv-ölkə tərəfindən maliyyələşdirilir. Bunlardan 48-i Asiya və Sakit Okean regionunda yerləşir. Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu ildə üzv olub. Təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyətdədir. Məqsəd Asiyada və ümumiyyətlə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir.

 

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib