"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2357
Dövlət Komitəsində səfirlə görüş keçirilib
Görüşlər 08 Dekabr, 2023

Dekabrın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

 

Dövlət Komitəsinin sədri Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.   

 

Bildirilib ki, Prezident İlham Əliyevin göstərişlərinə müvafiq olaraq, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, yenidən qurulması, dirçəldilməsi, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışının səmərəli təşkili istiqamətində müntəzəm qaydada işlər davam etdirilir, Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Vurğulanıb ki, qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xəttdir. 

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) ölkəmizdə ötən illərdə məcburi köçkünlərlə bağlı uğurlu fəaliyyətinin Böyük Qayıdış dövründə də davam etdirəcəyinə inam ifadə olunub.

 

Səfir Ralf  Horlemann səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edərək, qaçqın və məcburi köçkün probleminin Almaniya üçün də yad olmadığını diqqətə çatdırıb. Bildirilib ki, ötən əsrdə Almaniya Şərqi və Qərbi Almaniya olmaqla 2 hissəyə ayrılmış, qaçqın və məcburi köçkün problemi yaranmışdı. Ölkə yenidən birləşdirildikdən sonra əhalinin məşğulluğu, reinteqrasiyası uzun müddət çəkdi. Bu səbəbdən biz çox yaxşı başa düşürük ki, siz necə bir çətinliklə üz-üzəsiniz. Səfir qeyd edib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Almaniya Azərbaycana minatəmizləmə və məcburi köçkünlərin geri qayıdışı sahəsində dəstəyini davam etdirəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib