"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2344
Dövlət Komitəsinin sədri Xankəndi sakinləri ilə görüşüb
Görüşlər 30 Oktyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondarma qurumun isə bu il sentyabrın 19-20-də bir sutkaya yaxın müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb.

 

Tezliklə Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin hər zaman məcburi köçkünləri diqqətdə saxladığı, onların sosial problemlərinin həlli üçün tədbirlər həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinə həssaslıqla yanaşdığı vurğulanıb.

 

İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlərin icra edildiyi bildirilib. Bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb, tezliklə qayıdışın Xankəndi sakinlərini əhatə edəcəyi deyilib.  Bütün bunlarla yanaşı mina probleminin hələ də geri qayıdacaq əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı, Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. 

 

Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

 

Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.   

28 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Sus sakinləri ilə görüş keçirilib
27 Noyabr, 2023 / Görüşlər Məcburi köçkünlər üçün qrant layihəsi icra edilir
22 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib
21 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri fransalı jurnalistlə görüşüb
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində MMA üzrə dünya çempionu olmuş məcburi köçkün yeniyetmə və onun məşqçisi ilə görüş keçirilib
24 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı alimlə görüş olub
12 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xankəndi sakinlərinin bir qrupu ilə görüş olub
09 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub
04 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində İctimai Şura üzvləri ilə görüş keçirilib
03 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda görüşlər keçirib
29 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xocalı sakinləri ilə görüş keçirilib
27 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib