"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2549
Dövlət Komitəsində MMA üzrə dünya çempionu olmuş məcburi köçkün yeniyetmə və onun məşqçisi ilə görüş keçirilib
Görüşlər 25 Oktyabr, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yunanıstanın Aleksandropolis şəhərində gənclər və yeniyetmələr arasında keiçilən MMA döyüş növü üzrə dünya çempionatında qızıl medal qazanmış Fərid Əsədzadə və onun məşqçisi Mehman Hüseynovla görüşüb.

 

Fəridin ailəsi Ağdam şəhərindən məcburi köçkün kimi Bakının Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşıb. O, qəsəbədəki Ağdam 33 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Uşaq yaşlarından idmana həvəs göstərdiyi üçün valideynləri Fəridi məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” yaşayış kompleksində fəaliyyət göstərən,  Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov adına idman klubuna yazdırıblar. Burada o, MMA, qrapplinq və pankration döyüş növlərinin sirlərinə yiyələnir.

 

Görüşdə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, onlara vətənpərvərlik ruhu aşılanmasına xüsusi diqqət və qayğı göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təhsil, sağlamlıq və fərdi inkişaf məsələlərində məcburi köçkün ailələrin övladlarına təsirli dəstəyi vardır. Məhz onun tapşırıqlarına uyğun olaraq, Dövlət Komitəsi tərəfindən “Qobu Park” yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələrin fəaliyyət göstərməsinə şərait yaradılıb.   

 

Yeniyetmə idmançı, onun məşqçsi və atası dövlətimizin qayğısından məmnunluqlarını ifadə etməklə yanaşı, məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaratdığına görə də ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər.

 

Dövlət Komitəsinin sədri dünya çempionunu və onun məşqçisini qazanılan nailiyyət münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

 

Görüşdə 44 günlük Vətən müharibəsinin veteranı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Səbuhi Abdullayev də iştirak edib, ağdamlı yeniyetməyə öz tövsiyələrini verib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib