"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1946
Dövlət Komitəsində İctimai Şura üzvləri ilə görüş keçirilib
Görüşlər 04 Oktyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə komitənin rəhbər şəxslərinin növbəti görüşü olub.

 

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlər çərçivəsində məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctima Şura arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi görüşdə geniş müzakirə olunub.

 

İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıb və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat verib. Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, eyni zamanda, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğulanıb.

 

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Bir daha qeyd olunub ki, şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə komitə rəhbərliyi tərəfindən zəruri dəstək veriləcəkdir.

 

Daha sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

28 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Sus sakinləri ilə görüş keçirilib
27 Noyabr, 2023 / Görüşlər Məcburi köçkünlər üçün qrant layihəsi icra edilir
22 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib
21 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Noyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri fransalı jurnalistlə görüşüb
30 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Xankəndi sakinləri ilə görüşüb
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
25 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində MMA üzrə dünya çempionu olmuş məcburi köçkün yeniyetmə və onun məşqçisi ilə görüş keçirilib
24 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı alimlə görüş olub
12 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xankəndi sakinlərinin bir qrupu ilə görüş olub
09 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüş olub
03 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Oktyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda görüşlər keçirib
29 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsində Xocalı sakinləri ilə görüş keçirilib
27 Sentyabr, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib