"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2392
Dövlət Komitəsində bir qrup əcnəbi jurnalistlə görüş olub
Görüşlər 08 Sentyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşüb.

 

Qonaqlara  Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində Azərbaycanda yaranan qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, 44 günlük Vətən müharibəsindən sonra yaranan vəziyyət, Böyük Qayıdışla bağlı görülən işlər barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qayıdışının təmin edilməsini Prezident İlham Əliyev mühüm strateji vəzifə kimi müəyyənləşdirib. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib və uğurla icra edilir. Böyük Qayıdışla bağlı məsələlərə, məcburi köçkünlərin sosial müdafiəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi  diqqət və qayğı göstərir.

 

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə əhalinin qayıdışının dinamikası barədə qonaqlara məlumat verilərkən bildirilib ki, indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 95 ailə (349 nəfər) Füzuli şəhərinə, 21 ailə ( 94 nəfər) Zabux kəndinə köçürülüb.

 

Görüşdə əcnəbi jurnalistlərin Laçın rayonunun Zabux kəndinə avqustun 25-də köçürülümüş sakinlərdən biri - Akif Hüseynov ilə mobil telefonda görüntülü danışığına şərait yaradılıb. Kənd sakini doğma yurda qayıdışla bağlı təəssüratlarını bölüşüb, orada rahat yaşayışın təmin edildiyini bildirib və jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

 

“Haber Global”ın əməkdaşı Nərgiz Attar səmimi qəbula görə qonaqların adından minnətdarlıq bildirib və deyib ki, səfərin məqsədi Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyyətinə çatdırılmasıdır.

 

Əcnəbi jurnalistlərin çoxsaylı suallarını cavablandıran komitə sədri onlara almaniyalı alim Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını hədiyyə edib.

 

Görüşdə “The Times of London”un əməkdaşı Hanna Lüsinda Smit, bloger-fəal Martin Lejen, “Uklad otwarty” podkastının müəllifi, bloger Iqor Yanke və onu müşaiyət edən operator Yaroslav Pyotr Krolinski, “Ara” qəzetinin jurnalisti Albert Naya Merkadal, “Sankey Simbun” qəzetində baş müxbirin köməkçisi, reportyor Yuri Kirianko, “European Pressphoto” agentliyinin nümayəndəsi Maksim Şipenkov iştirak ediblər.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib