"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1699
Dövlət Komitəsində İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Görüşlər 14 İyul, 2023

İyulun 14-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilmiş 13 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib. Anar Xəlilov yenidən İctimai Şuranın sədri seçilib. Xatirə Vəliyeva və Səbuhi Hüseynov sədr müavinləri, İradə Nəsirova isə katib seçiliblər.

 

Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.  

 

Şura üzvlərinə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin mövcud istiqamətləri, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda komitənin əsas icraçısı olduğu tədbirlər və bunlarla bağlı görülən işlər, Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verilib.

 

Bir daha xatırladılıb ki, uzun illərdir didərginliyin ağrı-acısını çəkən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi həssaslıqla yanaşır və daim dəstək göstərir.

 

Görüşdə İctimai Şuranın  yeni tərkibinin  ölkəmizdə Böyük Qayıdışın getdikcə vüsət aldığı çox məsul bir dövrdə fəaliyyətə başlamasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu prosesin uğurla davam etdirilməsinə şura üzvlərinin də öz töhfələrini verəcəklərinə inam ifadə olunub.

 

İctimai Şuranın üzvləri mövcud qanunvericiliyin tələblərinə, cəmiyyətimizin mənafeyinə uyğun fəaliyyət göstərəcəklərini, qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsinə sanballı dəstək verəcəklərini, xüsusən, Böyük Qayıdışla bağlı təşviqat, təbliğat, məlmatlandırma tədbirlərində, həmçinin qaçqınların və məcburi köçkünlərin hüquq və mənafelərinin qorunmasında fəal iştirak edəcəklərini  bildiriblər.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib